Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
"Elm" haqqında aforizmlər
• Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. (Viktor Hüqo)
• Alim bank xəzinədarına oxşayır: onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil. (L.Berne)
• Alim düzgün cavabları verən yox, düzgün sualları qoyandır. (Levi-Stross)
• Alim üçün yaddan çıxarmağı bacarmaq yadda saxlamağı bacarmaqdan daha vacibdir. (Xudu Məmmədov)
• ALİMLƏR`in qayğısı altında olan camaat, atasının qucağındakı uşaq kimidir. (Rabiə Abdul əl-Rəhman)
• Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. (Əbu Turxan)
• Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. (Emil Zolya)
• Ancaq təxəyyülün oyatdıqlarını öyrənmək olar. (Başlyar)
• Bağlı bir qapıya açar axtarsan, Ancaq alimlərdə axtar, taparsan. (Nizami Gəncəvi)
• Bir elm öyrənmək istədikdə sən Çalış ki, hər şeyi kamil biləsən Kamil bir palançı olsa da insan Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
• Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq. (Jül Vern)
• Bütöv elm kontekstinə salınmamış ayrıca bir ideya, nə qədər dərin olsa belə, hələ elmi bilik sayıla bilməz. (Əbu Turxan)
• Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. (Əbu Turxan)
• Bütün ölkələr üçün vahid universitet modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşmalıdır. (Rabindranat Taqor)
• Cəmiyyət həmişə cavan qalır, elm isə qocalır. (Delbryuk)
• Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)
• Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın. (Mühəmməd peyğəmbər (SƏS))
• Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür. (Cəlaləddin Əfqani)
• Əgər alim Bilmirəm kəliməsi barədə qafil olarsa özünü həlak etmiş olar (Imam Məlik)
• Əgər mən başqalarından daha uzaqları görə bilmişəmsə, onda bu, yalnız nəhənglərin çiyinlərində durduğuma görə mümkün olmuşdur. (İsaak Nyuton)
• Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. (Əbülhəsən Bəhmənyar)
• Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. (Volter)
• Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə-sahman yaratmaqdır. (Əbu Turxan)
• Elm bir nur, cəhl zülmətdir. (Şəbüstəri)
• Elm bizim hissi təcrübəmizin xaotik müxtəlifliyinin hansı isə vahid təfəkkür sisteminə uyğunlaşdırılmasıdır. (Albert Eynşteyn)
• Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. (Emerson)
• Elm dünyanı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir. (Jan de Labrüyer)
• Elm əvvəlcədən yazılmış kitabdır. Və alimlər onu yazmağa deyil, oxumağa çalışmalıdırlar. (Əbu Turxan)
• Elm hər dildə birdir. (Hüseyn Cavid)
• Elm ideyalar dramıdır. (Albert Eynşteyn)
• Elm inkişafın ön cəbhəsidir, mədəniyyət isə onun ictimai həyatda buraxdığı izdir. (Əbu Turxan)
• Elm neçə əsrlər ərzində hamılıqla tikilən möhtəşəm bir məbəddir ki, onun hər bir daşını qoymaq bir çox alimlərə bütün ömrü müqabilində müyəssər olmuşdur. (Puankare)
• Elm Təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir. (Əbu Turxan)
• Elm təşkilatlanmış bilikdir. (Herbert Spenser)
• Elm yarandıqdan sonra hər şey zaman-zaman onun qiyafətinə bürünüb səliqə-sahman tapdı və günlərin birində o özünə də öz donluğundan paltar biçmək fikrinə düşdü: elm haqqında elm yarandı. (Tur Xander)
• Elm yolu bumeranqı xatırladır, nə qədər uzağa getsə də, yenə ilkin əsaslara qayıdırsan. (Tur Xander)
• Elmdə heç bir ideya ehkam deyil; hər bir adam ən məşhur alimin ən çox yayılmış ideyasını da istənilən vaxt yenidən yoxlamaq səlahiyyətinə malikdir. (Əbu Turxan)
• Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. (Aristotel)
• Elmə xilaskar kimi baxmaq robotdan mərhəmət diləmək kimi bir şeydir. (Tur Xander)
• Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. (Sədi Şirazi)
• Elmi biliklər üst-üstə yığılarkən bəzən ən qiymətliləri altda qalır, onları tapıb yenidən üzə çıxarmaq üçün hərdən bütün sistemi dağıdıb yenidən qurmaq lazım gəlir. (Əbu Turxan)
• Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. (Nuşirəvan Adil Xosrov)
• Elmi təfəkkürdə həmişə poeziya elementi olur. (Albert Eynşteyn)
• Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir. (Əvhədi Marağayi)
• Elmin dəyirmanına su tökənlər bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün fərqində olmurlar. (Əbu Turxan)
• Elmin hüdudları üfüqü xatırladır: nə qədər çox yaxınlaşırsansa, o qədər çox uzağa çəkilir. (Pyer Büast)
• Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır. (Əbu Turxan)
• Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür. (Platon)
• Elmsiz praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək istəyən kapitana bənzər; o, hara üzdüyünü özü də bilməz. (Leonardo da Vinçi)
• Əsərləri olmayan alim meyvə gətirməyən ağaca bənzəyir. (Sədi Şirazi)
• Əvvəllər elmin sərhədləri olan yer indi onun mərkəzidir. (Qeorq Kristof Lixtenberq)
• Fakt təsvir məqamında olan hadisədir. (Dante Aligyeri)
• Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz. (Artur Şopenhauer)
• Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Ancaq elmin gücünə tərəqqi etmək mümkündür. (Nəriman Nərimanov)
• Hər bir dəqiq elm təxminlərə söykənir. (Rassel)
• Hər hansı bir elmin açarı sual işarəsidir. (Onore de Balzak)
• Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. (Abdulla Şaiq)
• İndi artıq isbat olunmuşşeylər əvvəlcə ancaq təxəyyüldə mövcud olmuşdu. (Bleyk)
• İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. (Məmməd Səid Ordubadi)
• İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. (M. T. Sidqi)
• İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır. (Əbu Turxan)
• İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. (Tur Xander)
• Kim ki, elm öyrənib tətbiq etmir, yeri əkib becərən, amma məhsulundan istifadə etməyən adama bənzəyir. (Nəvai)
• Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o, udduğunu mənimsəmək iqtidarında olmur. (Leonardo da Vinçi)
• Müasir insan elmin qanadlarında elə uzaqlara uçmuşdur ki, özündən ayrı düşmüşdür. (Tur Xander)
• Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)
• Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. (Frensis Bekon)
• Nəzəriyyə elmin ruhu, təcrübə – bədənidir. Nəzəriyyəsiz fikir dənizində və faktın meşəsində asanlıqla azmaq olar. (D.İ. Mendeleyev)
• Niyyət elm ilə əməl arasında bir vasitədir. (Nəsirəddin Tusi)