"Fikir" haqqında aforizmlər

"Fikir" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Fikir" haqqında aforizmlər

  • • Açıq şey gözün, örtülü şey fikrin diqqətini çəkir. (Əbu Turxan)
  • • Ağıl da, qəlb də eşq atəşinin qığılcımlarıdır. (Məhəmməd İqbal)
  • • Ağıl ürəyin kölgəsidir. (Eynəlqüzat Miyanəci)
  • • Ağıllı bildiyinin hamısını danışmağa çalışmır, ağılsız isə bilmədiklərini də danışır. (El hikməti)
  • • Ağlın qələbəsi – hissin, hissin qələbəsi – ağlın məğlubiyyətidir. (Əbu Turxan)
  • • Ancaq hadisələrin dinamikası azalanda düşüncələr dərinə getməyə macal tapır. (Əbu Turxan)
  • • Bəsirət gözü ariflərlə ünsiyyətdə açılır. (Əbu Turxan)
  • • Beynimiz qəbul eləyə bilsin deyə gərək əvvəl ürəyimizlə inanaq. (Vilyam Ceyms)
  • • Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün. (Sədi Şirazi)
  • • Bizə könlümüz ağlımızdan daha yaxındır. (İohann Volfqanq Göte)
  • • Cəsur fikirlər ön cəbhədəki piyadalar kimidir, onlar ölür, amma qələbəni təmin edirlər. (İohann Volfqanq Göte)
  • • Çox şeyi demək istəyən öz fikirlərini qısa ifadə etməlidir. (Norbert Hinske)
  • • Dənizdən də böyük olub onu ehtiva etmək, onu içinə almaq, içində əritmək, o tayı görmək istəyi – bir cür duyğudur, dənizdə ərimək, itmək, onun damlası olmaq istəyi – başqa cür duyğudur. Hərəsinin öz gözəlliyi var. (Əbu Turxan)
  • • Dolu başa nəyi isə danışmağın xeyri yoxdur; o daha heç kimi dinləməyəcəkdir. (Əbu Turxan)
  • • Düşüncə də məşq tələb edir. Düşünməyə-düşünməyə insan düşüncəsizləşir. (Əbu Turxan)
  • • Düşündüyünü həmişə deməyə borclu deyilsən, ancaq borcundur ki, dediyini hər vaxt düşünəsən. (Mişel de Monten)
  • • Düşünməmək üçün o qədər şeylər düşünülüb ki... (K.Çapek)
  • • Duyğu uzaq məsafələrə ancaq fikrin qanadlarında gedə bilir. (Əbu Turxan)
  • • Ən geniş yayılmış inam – əqlə inamdır. (Əbu Turxan)
  • • Ən müxtəlif fikirlər halqalar kimi bir-birinə calanır və tamlıq yaradır: bir də görürsən, biz özümüz də özümüz yaratdığımız bu dünyaya düşmüş oluruq. (Emerson)
  • • Əqlin qüdrəti fikrin müəyyən istiqamətdə sürəkliliyində özünü göstərir. (İsaak Nyuton)
  • • Əqlin səsi gur deyil, ancaq inadkardır və eşidilməyənəcən də susmaz. (Ziqmund Freyd)
  • • Fikir – uzun gecənin qaranlığında ani bir parıltıdır. Amma bu parıltı hər şeydir. (Puankare)
  • • Fikir cəmiyyətə çıxan kimi sahibini unudur: kim onu daha yaxşı mənimsəyərsə, – onun olur. (Əbu Turxan)
  • • Fikir cövhərini odda yapmasan,
    Soyuq düşüncədən şəfqət sönəcək.
    Sevgi atəşinə hikmət qatmasan,
    Kərəmlər yanaraq külə dönəcək. (Əbu Turxan)
  • • Fikir dünyasının öz ahəngi, öz ritmi, öz melodiyası var. (Əbu Turxan)
  • • Fikir məntiq qəlibindən çıxıb azad nəfəs alanda duyğulanır və bir düşüncə hadisəsindən bir könül hadisəsinə çevrilir. (Əbu Turxan)
  • • Fikir nə qədər dəyərlidirsə, onu gerçəkləşdirmək də bir o qədər çətindir. (Balasaqunlu Yusif)
  • • Fikri söyləyərkən adamların xoşuna gəlib-gəlməyəcəyini düşünməyin. (Cəmil Meriç)
  • • Fikrin əsl müəllifi onu ilk dəfə deyən yox, onu ən gözəl deyəndir. (Əbu Turxan)
  • • Fikrin haradadırsa, özün də oradasan. (Əbu Turxan)
  • • Fikrin məntiqi ilə həyatın məntiqi heç də həmişə üst-üstə düşmür. (Əbu Turxan)
  • • Göz üçün işıqlı və qaranlıq sahələr olduğu kimi, zəka üçün də işıqlı və qaranlıq sahələr vardır. (Əbu Turxan)
  • • Hafizə yeganə meyar olanda təxəyyül heçə endirilmiş olur. (Tur Xander)
  • • Hamı eyni cür düşünürsə, deməli, ümumiyyətlə düşünmürlər. (Norbert Hinske)
  • • Hər dəfə fikirləşmək üçün daxili yüksəliş keçirmək zərurəti geniş kütləni fikir tənbəlliyinə sürükləyir. (Əbu Turxan)
  • • Həyat məbədinin bünövrəsi və sütunları ağıldan tikilməlidir ki, möhkəm olsun. Arakəsmələr isə hisslərin öhdəsinə buraxıla bilər ki, rahat nəfəs almaq mümkün olsun. (Əbu Turxan)
  • • Hikmət sirdaş olub qala biləydi,
    Zəngli saat kimi çala biləydi,
    Gen gündə Gün kimi aydın olanı
    Məqamda yadıma sala biləydi. (Əbu Turxan)
  • • İdrakı rəmz edib bir gül sandılar,
    Aqil olanları bülbül sandılar,
    Vaxt keçdi, rəmz itdi, sonra gələnlər,
    Təkcə bülbül ilə gülü andılar. (Əbu Turxan)
  • • İki fərqli iradə növü var: xarici iradə – əməli, daxili iradə isə – düşüncəni hərəkətə gətirir. Amma onlar nadir hallarda bir yerdə (eyni adamda) olurlar. (Əbu Turxan)
  • • İnsan cismən bir, fikrən başqa zaman və məkanda ola bilər. (Əbu Turxan)
  • • İnsan fikrin gücü ilə təbiət qüvvələrinə qalib gələ bilər və fikrin gücündən də üstün bir gücü – sevginin gücünü tapa bilər. (Əmin ər-Reyhani)
  • • İstəklərimizi vaciblik dərəcəsinə görə yerləşdirən ürək, onlara rəhbərlik edən isə ağıldır. (Vovenarq)
  • • Könülün hökmü altında olan ağıl – ilahi; hökmü altında olmayan ağıl isə – şeytanidir. (Məhəmməd İqbal)
  • • Məftunluq ürəyin yerində olduğuna, məftunluqdan xilas ola bilməmək əqlin yerində olmadığına dəlalət edir. (Əbu Turxan)
  • • Mənim fikir dünyam genişdir, arzularım isə daha genişdir. (Əmin ər-Reyhani)
  • • Məntiq duyğularım sərhədidir. (Əbu Turxan)
  • • Olmazmı qılıncda ağıl tədbiri
    Ağılda bir qılınc kəsəri ola? (Səməd Vurğun)
  • • Özünü tapmaq üçün əvvəlcə özünü itirmək lazımdır. (Əbu Turxan)
  • • Qaranlığı günahlandırmaqdansa, bir şam yandır. (Konfutsi)
  • • Qəlbi nurlandıran sevgi, beyni nurlandıran sezgidir. (Əbu Turxan)
  • • Qüvvət üstündə varsa əqli-səlim
    Sana həp kainat olur təslim! (Hüseyn Cavid)
  • • Sahibsiz fikrə sahib çıxan çox olur. (Əbu Turxan)
  • • Şamını gündüz yandıran gecə qaranlıqda qalar. (Sədi Şirazi)
  • • Şərqdə ağıl da hiss kimi ancaq yaxın məsafəni qət edir; uzağa getməyə nəfəsi çatmır. (Əbu Turxan)
  • • Şərqdə ayrılıqda ağıl da var, hövsələ də, amma ağlın hövsələsi yoxdur. (Əbu Turxan)
  • • Şərqdə ürəkdən yanmaq, Qərbdə ürəkdən düşünmək ənənəsi var. (Əbu Turxan)
  • • Sonsuzluğu, əbədiyyəti məntiqlə dərk etmək mümkün olmadığı kimi, duyğu ilə də ehtiva etmək mümkün deyil. (Əbu Turxan)
  • • Sümük, ət və qan ancaq fövqəladə duyğular onları hərəkətə gətirəndə fövqəladə qəhrəmanlıq göstərə bilir. (Nüaymə)
  • • Şüur ruhun bu dünya ilə bağlantısıdır. (Əbu Turxan)
  • • Tənbəlliyin ən çox yayılmış növü fikir tənbəlliyidir. (Əbu Turxan)
  • • Vəcd şimşək kimidir. Ani olaraq bütün qaranlıqları yox edir. (Əbu Turxan)
  • • Viruslardan daha qorxulusu immunitetin yoxluğudur. (Tur Xander)
  • • Yuxuda hisslər daha canlı olur, çünki cismani yükdən azaddır. (Əbu Turxan)
  • • Zamanı çatan bir fikrin gücünə heç ordu da tab gətirə bilməz. (Viktor Hüqo)
  • • Zəka o zaman bizi idarə edir ki, faktı düşüncələrimizin predmetinə çeviririk. (Emerson)
Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024