"goz-yasi" haqqında aforizmlər

"goz-yasi" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"goz-yasi" haqqında aforizmlər

  • • Aşiqin göz yaşı könül sirrinin sıza-sıza axışıdır. (Məhmət Rasim Mutlu)
  • • Elə göz yaşlarımız var ki, başqalarını aldatdıqdan sonra dəfələrlə bizi də aldadır. (Fransua de Laroşfuko)
  • • Ən qiymətli göz yaşları eşqin vergisidir. (Alfred Müsse)
  • • Ən tez quruyan göz yaşıdır. (Mark Tulli Siseron)
  • • Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər. (Aleksandr Puşkin)
  • • Göz yaşı ağrı-acının sızıltısı, sevincin isə şəbnəmidir!. (Naməlum)
  • • Göz yaşı ruh üçün yayda yağan yağış kimidir. (Alfred Austin)
  • • Göz yaşı ruhumun peyvəndidir. (Əli Suad)
  • • Göz yaşından nə çıxar, nə üçün tər tökmədiniz?! (Mehmet Akif Ərsoy)
  • • Göz yaşı-qəlbdə olan atəşin dəlilidir. (Zinun Misri)
  • • Göz yaşları ağrı-acının ümidsizliyə çevrilməsinə maen olar. (Özdəmir Asaf)
  • • Göz yaşları biçmək istəyənlər sevgi əksinlər. (İohann Kristof Fridrix Şiller)
  • • Göz yaşları ilə hətta dəmiri də əridə bilərsiniz. (Publi Nazon Ovidi)
  • • Göz yaşları ilə yuyulan üzdən daha saf üz ola bilməz. (Uilyam Şekspir)
  • • Göz yaşları iztirabın səssiz təzahürüdür. (Mari Fransua Arue Volter)
  • • İçdəki kiri su yox, göz yaşı yuyar. (Cəlaləddin Rumi)
  • • İlahi rəhmətin insan gözündə damla-damla olmasıdır göz yaşları. (Əbdülfəttah Şahin)
  • • Mən heç bir ananın göz yaşlarına dözə bilmərəm. (Publiy)
  • • Saxta göz yaşları ilə duzlu suyun heç bir fərqi yoxdur. (Petro Metastasio)
  • • Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir. (Cövdət Anday)
  • • Xoş göz yaşları olanların halına!. (İohann Volfqanq Göte)
  • • Yaradan rəhmətini qəhrindən üstün saydı,
    Nə olardı halımız, göz yaşı olmazdı?! (Nəcib Fazil Qısakürək)
Dostlarınla Paylaş

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024