"İdeya" haqqında aforizmlər

"İdeya" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"İdeya" haqqında aforizmlər

  • • Aforizm – dəliliklə dahilik arasında şimşək kimidir. (Əbu Turxan)
  • • Aforizm fikrin ən az sözlə dillənməsidir. (Əbu Turxan)
  • • Aforizmlər söz sədəfinə salınmış həqiqət inciləridir. (Əbu Turxan)
  • • Ana ideya olmadıqda ideyaların çoxluğu yoxluğundan betər olur. (Əbu Turxan)
  • • Bir ideya min bir hadisə libasında üzə çıxır. (Əbu Turxan)
  • • Böyük ideya axınları sel kimidir; qarşısına çıxan bütün ufaq, zərif, yeni cücərən pöhrələri yuyub aparır. (Əbu Turxan)
  • • Böyük ideyalar amansızdır. (Anri de Monterlan)
  • • Böyük kəşflər o qədər işıqlı olur ki, yaxın ətrafdakı kiçik yeniliklər onun kölgəsində qalır. (Əbu Turxan)
  • • Dərin ideyaların şəffaflığı özünün dərinliyi üzündən tutqunlaşan təmiz sulara bənzəyir. (Helvetsi)
  • • Düşüncələrimizə hakim olan və əqidələrimizi tabe etdirən ideyalar elə bir zəncirdir ki, ürəyimizi qırmadan onlardan azad ola bilmərik. (Karl Marks)
  • • Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir. (Santayana)
  • • Hansısa yeni ideyanın cücərə bilməsi üçün onu böyük ideyaların qızmar günəşindən qorumaq lazımdır. (Əbu Turxan)
  • • Hər bir dövr yeni ideyaları əldə etməklə yeni göz də əldə edir və insan ruhunun qədim əsərlərində çoxlu yeni şeylər görür. (Heyne)
  • • Hər bir dövrün müvafiq düşüncəli insanlara ehtiyacı olur. (P.Kapitsa)
  • • Hər dövr deyə bildiyini deyir. (Jil Delez)
  • • Hər hansı yeniliyi sübuta yetirmək çətindirsə, deməli, ona hələlik ehtiyac yoxdur. (Vovenarq)
  • • Həyatımız səyahət, ideya isə bələdçimizdir. (Viktor Hüqo)
  • • İdeya – onu irəli sürən adamdan daha çox, vaxtında ona yiyələnənlərə xidmət edir. (Əbu Turxan)
  • • İdeya ağlı artırmır, yönəldir. (Əbu Turxan)
  • • İdeya əbədi, iradə isə sonludur. (Əbu Turxan)
  • • İdeya faktdan üstündür. (Onore de Balzak)
  • • İdeya heç vaxt ölmür; ona yiyələnən hər bir yeni şəxsin simasında o öz növbəti həyatını yaşayır. (Əbu Turxan)
  • • İdeya iradə ilə birləşəndə gücə çevrilir. (Əbu Turxan)
  • • İdeya söz meşəsində az rast gəlinən ovdur. (Viktor Hüqo)
  • • İdeya sürtünmə nəticəsində alovlanır. (K.Buniç)
  • • İdeya təkamülü olmayanda ideya çevrilişlərinə ehtiyac yaranır və onun da qarşısı alınanda, başsız inqilablar – kütləvi iğtişaşlar başlayır. (Əbu Turxan)
  • • İdeya zaman hüdudlarını keçərək nə vaxtsa yeni bir iradə ilə birləşir və keçmiş yenidən canlanır. (Əbu Turxan)
  • • İdeyalar kütləni ələ alanda gücə çevrilir. (Vladimir İliç Lenin)
  • • İdeyalar öz ardıcıllarını tapması müqabilində yaşayır. (Qabriel Marsel)
  • • İdeyaları yalnız ideyalar zərərsizləşdirə bilər. (Onore de Balzak)
  • • İdeyanı yaşatmaq onun uğrunda ölməkdən daha şərəflidir. (Əbu Turxan)
  • • İdeyanın öz yetkinliyi hələ yetərli deyil; onun həyata keçməsi üçün məqamın da yetişməsi lazımdır. (Əbu Turxan)
  • • İdeyaya uyğun yaşamaq onun uğrunda ölməkdən daha çətindir. (A.Adler)
  • • Kəşf özü faydalı olsa da, onun eyforiyası ziyan gətirir. (Tur Xander)
  • • Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir. (Tur Xander)
  • • Qərbdə ideya binanın ümumi strukturunu əks etdirir, Şərqdə isə hər kərpicin öz ideyası vardır. (Əbu Turxan)
  • • Silahlı üsyandan əvvəl ideyaların üsyanı baş verir. (U.Fillips)
  • • Yalnız o ideyalar həqiqidir ki, daxilən yaşanıbdı. (R.Rollan)
  • • Yeni doğulan ideyaların yaşaya bilməsi üçün müsbət aura lazımdır. (Əbu Turxan)
  • • Yeni ideya vəhşi at kimidir; sənə xidmət etməsi üçün gərək əvvəlcə onu ram edəsən. (Əbu Turxan)
Dostlarınla Paylaş

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024