"İnsan qüsurları" haqqında aforizmlər

"İnsan qüsurları" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"İnsan qüsurları" haqqında aforizmlər

  • • Acizlik ürəyi ağrıdır, bilsən
    Bir alçaqlıq olar hər zülmə dözsən. (Nizami Gəncəvi)
  • • Arif ol, söhbəti müxtəsər eylə,
    Uzun danışandan qaç, həzər eylə.
    Yüz əyri ox atsan olmaz dəyəri,
    Bir ox at hədəfdən getməsin əyri. (Sədi Şirazi)
  • • Çox gözəl olsa da eybi gizlətmək
    Dost dostun eybini örtməsin gərək. (Nizami Gəncəvi)
  • • Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm. (Əbdürrəhman Cami)
  • • Dəmir işləməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı isə tətbiq edilmədikdə kütləşir. (Leonardo da Vinçi)
  • • Ədəb sayılsa da məclisdə susmaq
    Məsləhət zamanı danışmaq gərək
    İki şey ağıla nöqsan sayılır
    Yersiz susmaq ilə yersiz söz demək (Sədi Şirazi)
  • • Elə cinayət var ki, bağışlanmır, bu vətənə xəyanətdir. (Əbülhəsən Bəhmənyar)
  • • Elm atom bombasını kəşf etdi,lakin əsl pislik insanların beyinlərində və qəlblərindədir. (Albert Eynşteyn)
  • • Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. (Nuşirəvan Adil Xosrov)
  • • İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir. (Xaqani)
  • • İki adam öldü və dünyadan həsrət getdi:
    biri yığdı yemədi, digəri bildi eləmədi. (Sədi Şirazi)
  • • İnci tək sözlər seç, az danış, az din,
    Qoy az sözlərinlə dünya bəzənsin.
    Az sözün inci tək mənası olmaz,
    Çox sözün kərpic tək qiyməti olmaz. (Nizami Gəncəvi)
  • • İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır. (M. T. Sidqi)
  • • Nursuz göz kimidir elmsiz ürək,
    Nadan insanlıqdan uzaqdır gerçək. (Əvhədi Marağayi)
  • • Qüsursuz olsaydıq, başqalarının qüsurlarını tapıb ortaya çıxartmağa bu qədər maraq göstərməzdik. (Fransua de Laroşfuko)
  • • Şərab dənizdən çox insan məhv edib. (Naməlum)
  • • Sözün də su kimi lətafəti var
    Hər sözü az desən daha xoş olar
    Bir inci saflığı varsa da suda
    Artıq içiləndə dərd verir su da. (Nizami Gəncəvi)
  • • Xəstəlik törədən amilləri sən
    Çalış ki, özündən kənar edəsən
    Uzaq ol dərmandan, acmamış yemə
    Doymamış əlini götür süfrədən. (Əbdürrəhman Cami)
  • • Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur. (Əbül Fərəc)
  • • Zəif olan, heç bir zaman bağışlamaz.
    Bağışlamaq böyük insanların bir hünəridir... (Əli bin Əbu Talib)
Dostlarınla Paylaş

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023