"Kitab" haqqında aforizmlər

"Kitab" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Kitab" haqqında aforizmlər

  • • Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. (Qasım bəy Zakir)
  • • Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al! (Tur Xander)
  • • Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər. (R.Bredberi)
  • • Dünyada nə qədər kitab var belə
    Çalışıb əlləşib gətirdim ələ
    Oxudum, oxudum, sonra da vardım
    Hər gizli xəznədən bir dürr çıxardım. (Nizami Gəncəvi)
  • • Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır. (Əbu Turxan)
  • • Hər bir kitab yazıldığı mövzu barəsində sizə tamlığı ilə kömək edəcək bir enerjiyə sahibdir. Oxumadığınız kitab isə sizə yardım edə bilməyəcəkdir. (Rövşən Abdullaoğlu)
  • • Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə açardır.. (Əbu Turxan)
  • • İdmanın bədənə göstərdiyi təsiri kitab beyinə göstərir. (E. Hant)
  • • İki dəfə oxunmağa layiq olmayan kitabı heç bir dəfə də oxumağa dəyməz. (K.Veber)
  • • İki kitab... bir insanın taleyini dəyişmək üçün necə də kifayət imiş. Sadəcə iki kitab.... (Rövşən Abdullaoğlu)
  • • Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. (A.İ.Gertsen)
  • • Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır. (Viktor Hüqo)
  • • Kitablar bizi ötən əsrlərin varisi edir. (Nəcəf bəy Vəzirov)
  • • Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər. (Smayls)
  • • Ordu torpaqları, kitab könülləri fəth edir. (Əbu Turxan)
  • • Pis kitab da bizi pis yoldaşlar kimi korlayır. (Fildinq)
  • • Yalnız qəlbimizdəki suallara cavab verən şeyləri oxumaq lazımdır. (Lev Tolstoy)
  • • Yaxşı ki, cahillər kitab oxumurlar.
    Yoxsa kitab nüfuzdan düşərdi. (Cəlaləddin Rumi)
  • • Yaxşı kitab çox qiymətli xəzinədir. (Həsən bəy Zərdabi )
Dostlarınla Paylaş

Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024