"Millət" haqqında aforizmlər

"Millət" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Millət" haqqında aforizmlər

  • • Ancaq sağlam milli şüura malik olan xalq öz haqqını qoruya bilər. (Ştraus)
  • • Başqalarının fikir və düşüncələrinin qurbanı olan millət özünü məhv edib yadları faydalandırar. (Məhəmməd İqbal)
  • • Bədbəxt o millətdir ki, tikmədiyini geyir, əkmədiyini yeyir! Bədbəxt o millətdir ki, talançılarını qəhrəman mərtəbəsinə yüksəldir, təkəbbürlü qəsbkarlarını isə alicənab sayır! (Cübran)
  • • Bəzən bir insanı idarə etmək bütöv bir xalqı idarə etməkdən çətin olur. (Vovenarq)
  • • Bir kərə yüksələn bayraq bir daha enməz. (Məhəmməd Əmin Rəsulzadə)
  • • Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır. (Hüseyn Cavid)
  • • Bir millətin tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər. (Hüseyn Cavid)
  • • Böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər. (Əbu Turxan)
  • • Böyük siyasi liderlər inqilab vasitəsilə islahatlar yox, islahatlar vasitəsilə inqilab edirlər. (Əbu Turxan)
  • • Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını (Mirzə Ələkbər Sabir)
  • • Çökən bir millət uçurumun tam dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz. (Əbu Turxan)
  • • Dalğalar heç vaxt tək olmur. İnqilab dalğasında hakimiyyətə gələnlər adətən inqilabın ikinci dalğası ilə hakimiyyətdən salınırlar. (Əbu Turxan)
  • • Dövlət xadiminin ən ali vəzifələrindən biri xalqın maarifləndirilməsidir. (Teodor Ruzvelt)
  • • Dövləti maliyyə qıtlığı deyil, istedadlışəxsiyyətlərin azlığı zəif salır. (Volter)
  • • Dövlətin funksiyası pul qazanmaq yox, pulun ədalətli bölgüsünü təmin etməkdir. Vay o günə ki, dövlət də pul qazanmağa aludə olsun. (Tur Xander)
  • • Dünyanı qanunsuzluqla idarə etmək olmaz. (Cəfər Cabbarlı)
  • • Əgər bircə şəxsin də qəlbində milli ruh hələ yaşayırsa, deməli, bu millət üçün ümidimizi kəsməməliyik. (Əbu Turxan)
  • • Ərazi o zaman vətənə çevrilir ki, milli ruhla canlanmış olsun. (Əbu Turxan)
  • • Fərd özünü tanıyanda fərd olur. Millət də ancaq öz mənliyini qazananda millət olur. (Məhəmməd İqbal)
  • • Hər bir adama verilən səlahiyyət onun qabiliyyətlərinə uyğun olmalıdır: səlahiyyət qabiliyyətləri aşanda ətrafdakılar, məhdud olanda – adamın özü əziyyət çəkir. (Əbu Turxan)
  • • Hər bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə, ancaq o qədər də götürə bilər. (Xudu Məmmədov)
  • • İgid olan heç ayrılmaz elindən,
    Tərlan olan sona verməz gölündən... (Koroğlu)
  • • İnqilabçılıq özü də bir sənətdir. Amma inqilabçılıq idarəçilikdən fərqlidir. Ona görə də, ağıllı inqilabçılar öz işini görəndən sonra hakimiyyəti idarəçilərə verirlər. (Əbu Turxan)
  • • İnsan nə qədər savadlı olsa, vətəninə də bir o qədər lazımlı olar. (A.S.Qriboyedov)
  • • İnsan öz təməlindən ayrılmamalıdır, yoxsa zəmanənin müxtəlifliyində itib-batar. (Tur Xander)
  • • İtə ataram, yada satmaram. (Mir Cəlal)
  • • Kollektiv öz rəhbərinə oxşayır. (Deyl Karnegi)
  • • Kütlə əvvəl ayağa qalxır, nə istədiyini sonra düşünür. (Əbu Turxan)
  • • Kütlə yalnız öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. (Əbu Turxan)
  • • Kütləni yönəldən ideya olmayanda onun inqilabçılığı dağıdıcı olur. (Əbu Turxan)
  • • Kütlənin istəkləri tez bir zamanda həyata keçməyəndə inqilab öz ətaləti ilə yeni hakimiyyətə gələnləri vurub yıxır. (Tur Xander)
  • • Materialın xassəsi onda olan elektronların sayı ilə təyin olunur. Kütlənin səviyyəsi isə hər bir fərdin təfəkkür səviyyəsindən asılıdır. (Frans Kafka)
  • • Millət dili olan cəmiyyətdir. (Onore de Balzak)
  • • Millətin əsasında ideya dayanır. (Şpenqler)
  • • Milli həyatın kamilliyi millətin bir fərd kimi mənlik hissini duyması ilə ölçülür. (Məhəmməd İqbal)
  • • Milli ruh bizim ruhlarımızın toplanmasından yaranmır, əksinə, o hər birimizin ruhunda yer tutanda millət yaranmış olur. (Əbu Turxan)
  • • Milli ruh məqamına tək sevgi qanadında yüksəlmək mümkün deyil.
    Bunun üçün sevginin ağılla birləşməsi lazımdır. (Əbu Turxan)
  • • Müflisləşməyin ən ağır forması ruhun çökməsidir. (Əbu Turxan)
  • • Müxtəlif xalqlar eyni prosesləri müxtəlif zamanlarda yaşayırlar. (Tur Xander)
  • • Öz ölkəsini sevməyən heç nəyi sevməz. (Corc Bayron)
  • • Öz vətənini ləkələmək onu satmaq deməkdir. (Viktor Hüqo)
  • • Qışqıranın səsi pis eşidilər. (Konfutsi)
  • • Ruhu olmayan bir millət asket bir millətdən daha qorxunc, daha naqisdir. (Əmin ər-Reyhani)
  • • Sivilizasiyanın əsl göstəricisi
    sərvət və bilik, iri şəhərlər, məhsul bolluğu deyil,
    ölkənin tərbiyələndirdiyi insanın simasıdır. (Emerson)
  • • Siyasətin ən yaxşı qaydası həddindən çox idarə etməməkdir. Bu qayda tərbiyəyə də aiddir. (Jan Pol)
  • • Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər. (Georq Vilhelm Fridrix Hegel)
  • • Tarixi kəsilmələr dövründə ənənəçilik millət məfhumunun mühafizə edilməsi üçün ictihaddan daha əhəmiyyətlidir. (Məhəmməd İqbal)
  • • Torpağı itirənlər ən əvvəl torpaq olub o torpağa qarışmaq haqqını itirirlər. (Yakov Qolosovker)
  • • Uca sarayların qapısı heç də göründüyü kimi uca olmur. Onlardan ancaq əyilərək keçmək mümkündür. (Əbu Turxan)
  • • Vətən yolunda ölməklə xeyir gətirəcəyini bilən hər hansı bir vicdanlı insan onun yolunda ölməyə tərəddüd edərmi? (Mark Tulli Siseron)
  • • Vətəndaşlıq milli ruhla vətənin izdivacından doğulur. (Əbu Turxan)
  • • Vətənə vurulan yaranı hər birimiz ürəyimizin dərinliklərində hiss edirik. (Viktor Hüqo)
  • • Vətəni sevdirməzdən öncə, onu tanıtmaq lazımdır. (Xudu Məmmədov)
  • • Vətənində ölməyən insan iki dəfə ölər. (İsmayıl Həbib Sevük)
  • • Vətənpərvərlik təkcə vətəni sevmək deyil. Bu, daha dərin bir hadisədir...
    Bu, özünün vətəndən ayrılmaz olduğunu dərk etmək və xoşbəxt və bədbəxt günlərini onunla birgə yaşamaqdır. (Lev Tolstoy)
  • • Xalqı millətə çevirən dövlətçilik şüurudur. (Əbu Turxan)
  • • Yad elin istisinə
    İsinən isti sinə,
    Yananda külə dönər,
    Kül nədir, istisi nə? (Əbu Turxan)
  • • Yalnız azad millətin milli xarakteri ola bilər. (Jermena de Stal)
Dostlarınla Paylaş

Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024