"Müdriklik" haqqında aforizmlər

"Müdriklik" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Müdriklik" haqqında aforizmlər

  • • Adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir. (Əbu Turxan)
  • • Adi adamlardan uca duran şəxs həmişə yalqızdır. (Lev Tolstoy)
  • • Aktyorlar az təriflənməkdən, əsl insanlar – az sevilməkdən məhv olurlar. (Fridrix Nitsşe)
  • • Axına düşənlər başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. Müdrik adam isə fərqli yolları görür və özü seçim edir. (Əbu Turxan)
  • • Axmaq yüksək vəzifədə olanda hamı onu dahi zənn edir. (Helvetsi)
  • • Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur. (Əbu Turxan)
  • • Başqasının yarım-yarımçıq təlimlərini öyrənməkdənsə, onları yenidən yaratmaq daha rahatdır. (Əbu Turxan)
  • • Batan günəşin kölgəsində ölçülərinə görə özünü böyük zənn etmə. (Pifaqor)
  • • Bəşəriyyət üçün dahi olan insan da öz ailəsinin adi üzvü olmağı bacarmalıdır. (Əbu Turxan)
  • • Bəzi adamlar məşhurdurlar, bəzi adamlar isə məşhur olmağa layiqdirlər. (Doris Lessinq)
  • • Böyük adamlar kiçik işlərdə çox vaxt səriştəsiz olurlar. (Əbu Turxan)
  • • Böyük adamların ömrü onların ideyalarının ömrü ilə ölçülür. (Əbu Turxan)
  • • Böyük insanın faciəsinin səbəbi onun yaşadığı mühitin qəliblərinə sığmamasındadır. Əslində bu, ictimai mühitin, cəmiyyətin faciəsidir. Amma bu faciəni ancaq duya bilənlər yaşayırlar. (Əbu Turxan)
  • • Böyük insanlar çox vaxt böyük əməllərinə görə deyil, buraxdıqları səhvlərə görə xatırlanırlar. (Volter)
  • • Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır. (Konfutsi)
  • • Böyük maneəyə rast gələndə necə olursa-olsun onu dəf etmək əzmi dahilikdən deyil, tərslikdən xəbər verir. (Əbu Turxan)
  • • Böyük ruhlar iztirablarına səssiz şəkildə dözürlər. (Fridrix Şiller)
  • • Böyük şəxsiyyətlərin xoşbəxtliyi adi, faciəsi böyük olur. (Əbu Turxan)
  • • Çox vaxt məşhur adamların özünə yox, şöhrətinə pərəstiş edirlər. (Əbu Turxan)
  • • Çoxbilmişlik nadanlığın ən pis növüdür. (Qeorq Kristof Lixtenberq)
  • • Çoxlarına şöhrəti düşmənləri gətirmişdir. (Baltazar Qrasian)
  • • Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. (Vovenarq)
  • • Dahi xırda işlərdə də dahi, axmaq isə böyük işlərdə də kiçikdir. (Pyer Büast)
  • • Dahilər heç bir işi yarımçıq görmürlər. (Viland)
  • • Dahilər öz kəşfləri ilə fikir qəliblərini dağıdır, alimlər onlara yeni qəlib düzəldirlər. (Əbu Turxan)
  • • Dahilərin bioqrafiyası qısa olur; çünki onların bütün həyatı yaradıcılığındadır. (Emerson)
  • • Dahilərin şəxsi həyatını onların ucaltdığı böyük abidələrin arakəsmələrində axtarmaq lazımdır. (Əbu Turxan)
  • • Dahilərin uşaqlarında təbiət istirahət edir. (El hikməti)
  • • Dahilik elə işlər görməkdir ki, onları başqalarından öyrənmək və başqalarına öyrətmək mümkün deyil. (İmmanuel Kant)
  • • Dahiliyin imitasiyası üçün də istedad lazımdır. (Tur Xander)
  • • Dünya binasını qoyandan bəri,
    De, hansı dahinin xəyal şəhpəri
    Ucala bilmişdir barı bir kərə
    Ana qəlbindəki sonsuz göylərə? (Səməd Vurğun)
  • • Əgər hansı isə ölkədə dahilik də imitasiya oluna bilirsə, deməli, əsl dahilərə doğrudan da yer yoxdur. (Tur Xander)
  • • Əgər kimsə bütləşdirilirsə və göylərə qaldırılırsa, onda digər adamlar arasında fərq itir, çünki yeganə meyar həmin bütə pərəstiş dərəcəsi olur. (İmmanuel Kant)
  • • Elə xalqlar var ki, müdrik adamlarını ancaq dəli qismində yaşada bilir. (Əbu Turxan)
  • • Ən ali hikmət – özünü tanımaqdır. (Qalileo Qaliley)
  • • Ən müdrik adamın da nəyi isə öyrənməyə ehtiyacı var. (Santayana)
  • • Ən nadir mərdlik – fikir mərdliyidir. (Anatol Frans)
  • • Həmişə orijinal olmaq istəyən insan nadir hallarda sağlam bir fikir söyləyə bilir. (Vovenarq)
  • • Həmişə qəhrəman ola bilməzsən, amma həmişə insan olaraq qalmaq olar. (İohann Volfqanq Göte)
  • • Hər bir başçı qəlbinin dərinliyində qürurla yanaşı, həm də bir yetimlik duyğusu yaşayır: hamıya böyüklük etsə də, özü böyüksüz qalır. (Əbu Turxan)
  • • Hər bir uşaq müəyyən mənada dahidir və hər bir dahi müəyyən qədər uşaqdır. (Artur Şopenhauer)
  • • Hər gün yeni bir inci tapmağın yolu öz içindəki hikmət xəzinəsinə baş vurmaqdır. (Əbu Turxan)
  • • Hikmətin açarı kitab səhifələrində deyil. Kim hansı isə bir fikirdən həyatın sirlərinə doğru gedirsə, öz qəlbində onların çeşməsini tapır. (İohann Volfqanq Göte)
  • • İnsan haqqında onun istedadına görə yox, bu istedaddan necə faydalandığına görə mühakimə yürütmək olar. (Rene Dekart)
  • • İnsanlar bəzən öz peşələrində dahi, adi işlərdə isə cahil olurlar. (F.Araqo)
  • • İstedad da, şöhrət də inkişaf üçün hərəkətverici qüvvədir; sadəcə istedad insanı öz istədiyi səmtə aparır, şöhrətin isə hara aparacağı bəlli olmur. (Əbu Turxan)
  • • İstedadlı adam qoyulmuş məsələni hamıdan yaxşı həll edəndir, dahi isə başqalarının heç ağlına da gəlməyən məsələlər qoyur. (Artur Şopenhauer)
  • • İstedadlı adamlar hamısı böyük iş görə bilərlər. Dahilik isə bu işlərin yönəldilməsində üzə çıxır. (Əbu Turxan)
  • • İstedadsız adam üçün dahinin də ölməz olmaması ən böyük təskinlikdir. (İohann Volfqanq Göte)
  • • Kiçik işlər üçün kiçik adamlar var. (Əbu Turxan)
  • • Kiminsə əllərində qalxmaq hələ yüksəlmək deyil; əsl yüksəliş ayağı yerdən üzülmədən yüksəlməkdir. (Əbu Turxan)
  • • Kütləni heyran etmək üçün onu həmişə müəyyən məsafədə saxlamaq lazımdır. (Q.Lebon)
  • • Məmurun boyu oturduğu kürsünün dərəcəsi ilə ölçülür. (Əbu Turxan)
  • • Məşhur adam olmaq xoşbəxtlik, faydalı adam olmaq isə insanlıq borcudur. (Viktor Hüqo)
  • • Miskinlər öz həndəvərində hansısa bir dahinin mövcudluğuna dözə bilmirlər. (Əbu Turxan)
  • • Müdriklik ali məqsədi cari məqsədlərdən fərqləndirmək qabiliyyətidir. (Əbu Turxan)
  • • Müdriklik çətin olanla qeyri-mümkün olanı fərqləndirmək qabiliyyətidir. (Napoleon Bonapart)
  • • Müdriklik çox olan yerdə kədər də çox olur. (Süleyman peyğəmbər)
  • • Müdriklik həlledici məsələlərdə israrlı ola bilmək üçün kiçik məsələlərdə geri çəkilmək qabiliyyətidir. (Əbu Turxan)
  • • Müdriklik insanın özünə kənardan baxa bilmək qabiliyyətidir. (Əbu Turxan)
  • • Müdriklik kitab oxumaqla deyil, insanı oxumaqla əldə edilir. (Hobbs)
  • • Müdriklik öz maraqlarını qarşı tərəfin maraqları üzərində qurmaqdır. (Əbu Turxan)
  • • Müdriklik təcrübənin qızıdır. (Leonardo da Vinçi)
  • • Müdrikliyin həddi var, axmaqlıq isə hüdudsuzdur. (Y.Raynis)
  • • Müxtəlif müdriklərin eyni mövzuda söylədiyi fikirləri bir araya gətirəndə həmin mövzunun bütöv mənzərəsi yaranır. (Əbu Turxan)
  • • Qabiliyyətli adam işləyir, dahi yaradır. (R.Şuman)
  • • Qəhrəmanlar gedəndə səhnəyə təlxəklər çıxır. (Heyne)
  • • Qeyri-adi istedadın qeyri-adi zövqü olur. Bir müəllif digərini heç də həmişə paxıllıqdan kiçiltmir. (Vovenarq)
  • • Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur. (Lev Tolstoy)
  • • Sənin şöhrətin sənin kölgən kimidir – o gah səndən qabaqda, gah arxada gedir; bəzən səndən böyük, bəzən kiçik olur. (Hippel)
  • • Şöhrət çox ağır yükdür və böyük insanlar bəzən bu yükə tab gətirməyib sınırlar. (Volter)
  • • Şöhrət dalğaları yüngül adamları tez yerindən oynadır. (Əbu Turxan)
  • • Şöhrət küləyə bənzər; hər zaman eyni istiqamətdə əsməz. (Dante Aligyeri)
  • • Şöhrət qabağa keçəndə gerçək inkişafın qarşısını kəsir. (Tur Xander)
  • • Şöhrətpərəstlik verib istedad bəxş etməmək taleyin insana etdiyi ən böyük pislikdir. (Vovenarq)
  • • Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur. (Əbu Turxan)
  • • Təbii istedad həmişə yaşıl qalar, əgər öz içində yetişən təkəbbür onu qurutmasa. (Əbu Turxan)
  • • Təkəbbür istedad ağacında bitən göbələk kimidir. (Əbu Turxan)
  • • Təkmilləşmə yolları düzəldir; əyri-üyrü yollar isə dahilər üçündür. (Bleyk)
  • • Vəzifə kiçikləri böyüdür, böyükləri kiçildir. (Əbu Turxan)
  • • Yalnız böyük insanların böyük qüsurları ola bilər. (Fransua de Laroşfuko)
  • • Yenilik üzə çıxdıqdan sonra onu yaradana ehtiyac qalmır. (Əbu Turxan)
  • • Yüksək yerlər yüksək insanları daha da yüksək, alçaq insanları isə daha da alçaq edir. (Jan de Labrüyer)
  • • Yuxarı qalxanda dayana bilərsən, amma düşəndə – yox. (Napoleon Bonapart)
  • • Zəka hissləri maarifləndirir. (R.Rollan)
Dostlarınla Paylaş

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024