11 yaşında ana oldu

11 yaşında ana oldu


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

11 yaşında ana oldu

11 yaşında ana oldu
Paraguayda təcavüzə uğrayan 11 yaşlı qız uşağına abort icazə verilməyib və o da körpəsini dünyaya gətirmək məcburiyyətində qalıb. Qeysəriyyə əməliyyatı ilə 3,5 kiloqram ağrılığında qız uşağı dünyaya gətirən azyaçlı ananın vəziyyətinin yaxşı olduğu bildirilib.

Qızın 10 yaşında ikən 42 yaşlı ögey atası tərəfindən təcavüz edilərək, hamilə qaldığı bəlli olub. Bu hadisə abortun ana sağlamlığının təhlükədə olduğu hallar istisna olmaqla, qanunla qadağan olduğu ölkədə din və dövlət adamlarını qarşı-qarşıya gətirib.

Beynəlxalq Əfv Təşkilatı isə kiçik qızı qorumaq üçün abort edilməsi lazım olduğunu açıqlamışdı. Lakin bütün beynəlxalq cəhdlərə baxmayaraq aborta icazə verilməmişdi.

Qıza 10 yaşında ikən təcavüz edən 42 yaşlı ögey ata həbs edilib. O, 12- 15 il arasında həbs cəzasına məhkum olunub. Qızın anasının da məhbus olmasına baxmayaraq ona qızını ziyarət etməyə icazə verilib. Qızın və körpəsinin öhdəliyi müvəqqəti olaraq nənəsinə həvalə edilib.

Qeyd edək ki, Paraguayda 10-14 yaş arası uşaq hər il 700 körpə dünyaya gətirir. Bu uşaqların anaların çoxunun təcavüz edilmiş olduqları bildirilir.

Dostlarınla Paylaş

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024