40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı
ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub.
Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanaya meraciət etməyi deyilib.
Bir neçə saatdan sonra 5 yaşlı kiçik uşağın mədəsi ağrımağa başlayıb və o, təcili yardıma aparılıb. Rentgen müayinəsi zamanı uşağın mədəsinin dörddə birini tutmuş saqqız topu aşkarlanıb.
Bundan sonra uşaq dərhal əməliyyata götürülüb. Boğazdan keçən boru ilə həzm sistemində  mane törədən saqqız topları çıxarılıb. Həkimlər bu əməliyyatı ağır əməliyyat olaraq qiymətləndiriblər.
Bundan sonra,  mütəxəssislər valideynlərə xəbərdarlıq ediblər. 1 ədəd saqqız udmaq o dərəcədə təhlükəli hesab edilməsə də, yenə də diqqətli olmaq lazımdır.
Qastroenteroloq Dr Elizabeth Rajan bildirib ki, çox miqdarda saqqızın qəbulu uşaqlarda bağırsaq tıxanmasına səbəb ola bilər. Buna görə də, xüsusilə uşaqlar üçün saqqızı tez-tez udmamaq tövsiyə olunur.
medicalmedia.az 

Dostlarınla Paylaş

Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024