8 Mart-Xanımların sevimli bayramı

8 Mart-Xanımların sevimli bayramı


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

8 Mart-Xanımların sevimli bayramı

8 Mart-Xanımların sevimli bayramı
Bütün dünyada qeyd edilən "8 mart – Qadınların Beynəlxalq Həmrəylik Günü" xanımların ən sevimli bayramlarından biridir.

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir).Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
İlk dəfə 1911-ci ildə Almaniya , Avstriya , İsveçrə və Danimarka da, 1913-cü ildə isə Rusiya da bu gün qeyd edilməyə başlanılıb.
1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycan Respublikası 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına və 1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli BMT Konvensiyasına qoşulmuşdur.
"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu 10 oktyabr 2006-cı il tarixində qəbul edilmişdir.
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

Bu bayram münasibəti ilə bütün dünya qadınlarını təbrik edirik!

Dostlarınla Paylaş

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023