Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Ailə zorakılığının daşıdığı məna
Ailə zorakılığının daşıdığı məna
Ailə zorakılığı həm ailədə, həmdə cəmiyyətdə müşahidə və əsaslandırma yolu ilə öyrənilmiş davranışdır. Bunun səbəbi nə genetika, nə də xəstəliklə bağlı deyil. Ailə zorakılığı alındığına görə təkrar olunur. Ailə zorakılığı onu törədənə öz qurbanı üzərində hədə-qorxu ilə idarəetmə qüvvəsinə yiyələnməyə imkan verir. Qurbanın razılığına nail olması, müvəqqəti olaraq törədənin həmin taktika və idarəetmə yollarından istifadə etməyini daha da gücləndirir. Halbuki, cəmiyyətdə kişilərin münasibətlərdə qadınları idarə etmək və bunun üçün hətta gücdən istifadə etmək hüququna malik olmaları barədə qəbul olunmuş inanc törədənin təhqiredici davranışını daha da güçləndirir.
Ailə zorakılığı; fiziki, emosional, iqtisadi və cinsi, eləcə də hədə-qorxu, təcrid və məcburiyyəti ehtiva edə bilən təhqiredici və təhdidedici davranışın nümunəsdir. Ailə zorakılığının məqsədi digər bir kəsin idarə olunması və onu üzərində hökm sürmək üçün tətbiq edilir. Kişilər daha çox bundan öz ən yaxınlarına, yəni hal-hazırki və ya keçmiş həyat yoldaşlarına, istədikləri və hətta əlaqədə olduqları qadınlara qarşı istifadə edirlər.Baxmayaraq ki, zorakılığın ailə daxilində müxtəlif formalarının ayrıca şərhə ehtiyacı var, bu yazının başlıca müzakirə mövzusu isə qadınların həyatı (ömür və sevgi) münasibətlərində onlara qarşı yönəldilmiş zorakılığın özünəməxsus xüsusiyyətləri olacaqdır.