Ailədə problemlər yaşayırsız? Çarəsi BURADA

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ailədə problemlər yaşayırsız? Çarəsi BURADA

Ailədə problemlər yaşayırsız? Çarəsi BURADA
O zaman ki, iki nəfər bir-biri ilə ailə qurur, onların toy mərasiminə gələn hər kəs təbrik edir və yaxşı arzular arzulayırlar. Çoxları deyir: "Allah sizi xoşbəxt etsin".

qadınsaytı.az deyerler.org-a istinadən bildirir ki, bu dua hər nə qədər gözəl və ürəyə yatımlı olsa da, ancaq bəzən yanlış qarşılanır. Xoşbəxtlik - cütlərə verilən bir hədiyyədir. Baxmayaraq ki, nikah duası oxunan zaman hər ikisinin sevgisi bir-birinin ürəyinə nüfuz edər, lakin bu sevgi xoşbəxtlik qalasına çatmağın ilk addımıdır. Xoşbəxtliyə çatmaq fikirləşdiyimiz qədər asan və hamar deyildir.
Ərlə arvad evlilik müqaviləsi bağlayan zaman bilməlidir ki, hansı yola qədəm basıblar. Kiçik yaşlarından insan bilməlidir ki, xoşbəxtlik elə də asan bir yol deyildir. Hər bir dəyərli şeyə çatmaq üçün onun qiymətini ödəmək lazımdır. Əgər övladlarımıza hələ kiçik yaşlarından öyrətsək ki, bir şeyə malik olmaq istəyirsə gərək səy etsin, ailə quran zaman həyat yoldaşı ilə həyatın bütün çətinliklərində şərik olar.
Bir insanın xoşbəxt olması onun çətinliklə necə üz-üzə olub mübarizə aparacağından asılıdır. Rəhmətlik İmam (r) nə zaman nikah duasını oxuyardı, həmin cütlərə deyərdi: "Bir-birinizlə yol gedin".
Bu cümlənin mənası dərindir. Ondan iki məna çıxartmaq olar. Bir-birinin yaxşı və pis cəhətləri ilə barışmaq və qəbul etmək və ya bir yerdə evlilik binasını inşa etmək.
Bu mənaların hər ikisi də asan deyildir. Əgər ər-arvad xoşbəxt olmaq istəyirlərsə, bir memar kimi gecə və gündüz çətinliklərə dözərlər. Bir-birinin kərpici olub, yuxarı qalxarlar və nəhayət gözəl bir imarətə çatarlar. İnşa zamanı ola bilsin ki. səhvlərə də yol versinlər. Lakin onların heç biri o birisi üçün maneə olmamalıdır. Gərək hər ikisi Allaha təvəkkül edərək, hər bir çətinliyə bir yerdə həll yolu tapsınlar. Hətta bəzən lazım olur ki, bu binanın planını dəyişdirsinlər. Ancaq mühüm olan odur ki, bu yolda birlikdə olub, bir yerdə rahatlığa çatsınlar.
"Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər "Allahın köməyi və yardımı nə vaxt yetişəcək?" deyirdilər. (Dedik:) "Bilin, Allahın köməyi həqiqətən yaxındır"". ("Bəqərə" 214).
Biz də bir müsəlman kimi bu qaydadan istisna deyilik. Səadətə çatmaq istəyiriksə, gərək çətinliklərə səbir edib dözək.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp Plus indir, Instagram Plus indir, Bedava Indir, Bedava video, Youtube Plus indir, indir, hd mp4, 3gp, Porno indir, bedava site,sarki sozleri, bedava mp3 indir, Azerbaycan Kinoları, Turk Kinoları, Xarici Kinolar, Cizgi Filmler, Bozbaş Pictures, Azeri Klipleri, Turk Klipleri, Xarici Klipler, Show Biznes, Qarışıq Videolar

Saytda 138 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021