Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir

Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir

Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir
Türkiyənin Şanlıurfa Siverek İlçe Dövlət Xəstəxanasının Ortopediya və Travmatologiya şöbəsində çalışan m ütəxəssis həkim Ahmet Yiğitbay yeni doğulmuş körpələri bələməyin fəsadlarından danışıb.
Onun sözlərinə görə, bu inkişafda omba displaziyasına və gələcəkdə körpənin əlilliyinə səbəb ola bilər. Bud oynağının inkişaf displaziyası omba oynağını təşkil edən strukturlar arasında əlaqənin pozulması nəticəsində yaranır və vaxtında müalicə edilmədikdə daimi əlilliyə səbəb olur. Omba dislokasiyasında erkən diaqnoz və müalicə çox vacibdir. Erkən diaqnoz qoyulan və lazımi müalicə alan xəstələrdə tam sağalma müşahidə olunur.
Həkim bildirib ki, yeni doğulmuş dövrdə (4-6 həftəlik) edilən omba ultrasəsi omba çıxığının diaqnozunda qızıl standart görüntüləmə üsuludur.
Mütəxəssis qeyd edib ki, uzun illərdir ənənəyə çevrilən körpələri bələmək uşaqda daimi əlilliyə səbəb ola bilər. Bundan əlavə bələnərək və üz üstü yatırılan körpələrdə ani körpə ölümü müşahidə oluna bilər. Bu səbəblərə görə, xüsusilə yeni doğulmuş körpələri tam şəkildə bələmək doğru deyil.
medicalmedia.az 

Dostlarınla Paylaş

Saytda 213 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024