![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
" Hesab edirəm ki, qadın evliliyindən razı olduqca öz əri üçün daha çox şeylər etməyə çalışır", - Rutqers Universitetinin pofessoru Debora Karr qeyd edir.
" Kişilər, öz hisslərini biruzə verməkdə xəsislik edirlər, ona görə də onların hissləri ailə həyatına bir o qədər də güclü təsir etmir".
Təcrübələrdə 394 cütlük iştirak edib. Onların əksəriyyəti orta hesabla 39 il evli, tərəflərdən birinin yaşı ən azı 60-dan yuxarı olub.
Cütlüklərə aşağıdakı suallar verilib: onlar tez-tez dalaşırlarmı, bir-birilərini necə başa düşürlər, özlərini qiymətli hesab edirlərmi? Bundan əlavə hər cütlüyə birlikdə tipik məşğuliyyətlər etmək, televizora baxmaq, mağazaya getmək, 24 saat ərzində öz hisslərini gündəliyə yazmaq kimi tapşırıqlar verilib.
Məlum olub ki, ailə həyatından ən çox razı qalanlar bütünlükdə öz həyatının bütün aspektlərinindən məmnun olanlardır.
Karrın sözlərinə görə, əgər ailədə kişi xəstələnirsə, qadının xoşbəxtliyi yoxa çıxır. Bunu kişi haqqında demək olmaz.
"Heç kim üçün sirr deyil ki, kişi xəstələnəndə qadın ona daha çox qayğı göstərir. Əgər qadın xəstələnirsə, o ərinə deyil, özünə və ya qızına (əgər varsa) bel bağlayır.", - Karr əlavə edir.
Ailə xoşbəxtliyinin açarı araşdırmaçılar üçün aktual movzu olub. Ailə xoşbəxtliyinin qadından asılı olması heç kim üçün sirr deyil. Təcrübələrin nəticəsinə əsasən, müəyyən edilib ki, nigahda məhz qadın əsas rol oynayır və ailədəki dinclik məhz onun emosiyalarından asılıdır.
Mənbə: Аquila-style