Aldadılan qadın nə etməlidir?

Aldadılan qadın nə etməlidir?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Aldadılan qadın nə etməlidir?

Aldadılan qadın nə etməlidir?
Sevgilinizin sizi aldatdığını öyrəndiniz. Kədərlənməyin, ilk aldadılan qadın siz deyilsiniz və bu dünyanın sonu deyil. Ayrılıq acısından xilas və həyata yenidən başlamaq üçün təkliflərimizə qulaq asın:

Heç kimin sizi incitməsinə icazə verməyin
Sizi aldadıbsa bunu ona ödətdirin. Sms göndərmək, Facebookdan mesaj yazmaq kimi hərəkətlərdən qaçın. Söyləmək istədiyiniz nə varsa üzünə qarşı söyləyin. Hətta içinizdəki bütün nifrəti deyin. Heç bir şey içinizdə qalmasın və heç kimin sizi incitməsinə icazə verməyin.

Göz yaşlarınız sel olub axsın
Xəyanət asan həzm ediləcək bir şey deyil, pis təsir edər. Heç cür qəbul edə bilməzsiniz, amma olmuşdur bir dəfə. Gerçəyi də dəyişdirə bilməzsiniz... Nə edəcəksiniz, məcbur qəbul edəcəksiniz. Utanmayın, ağlayın. Ağlayın və istirahət edin!

İlk aldadılan qadın siz deyilsiniz
Bu dünyada ən gözəl qadınlar belə aldadılıbsa artıq sözə nə gərək? Xasiyyətli xasiyyətindən imtina edərmi heç? Kişilər nə qədər gözəl, seksual və yaxşı ürəkli olsanız belə fürsət tapdıqlarında mütləq aldadırlar.

Çox daha yaxşısına layiqsiniz
Sevgiliniz Brad Pitt deyilsə kədərlənməyin. Demək ki siz ondan çox daha yaxşılarına layiqsiniz. İnsan aşiqkən ətrafına qarşı kor olur. Gözlərinizi açın və küçəyə çıxın. Əlbəttə, bəyəndiyiniz biri olacaq. Dünyada seviləcək bir çox kişi var. Narahat olmağa ehtiyac yoxdur.

Dostlar nə üçün var bəs?
Sevgilinizi həyatınızın mərkəzinə qoyduğunuz gündən bəri unutduğunuz yoldaşlarınızı xatırlama zamanıdır. Nə də olsa ağlayacaq bir çiyinə ehtiyacınız var.

Səyahətə çıxın
Ayrılığın ən yaxşı dərmanı olduğunuz ətrafdan uzaqlaşmaqdır. Daha əvvəl heç getmədiyiniz bir yerə gedin və yeni insanlarla tanış olun.

Yeni bir başlanğıc edin
Hər əlaqə özümüzü daha yaxşı tanımağımıza və ifadə etməyimizə köməkçi olur. Aldadılıbsınızsa bu, hər şeyin sonu deyil. Yeni başlanğıclar üçün şərait yaradın: həyatı, bütün həqiqətləri yenidən qucaqlayın.

Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024