Amerika araşdırmasına görə xəyanətin səbəbləri | Tatli.Biz
Amerika araşdırmasına görə xəyanətin səbəbləri
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Amerika araşdırmasına görə xəyanətin səbəbləri

Amerika araşdırmasına görə xəyanətin səbəbləri
Amerika araşdırmasına görə xəyanətin səbəbləri

Xəyanətlərlə bağlı aparılan araşdırmalar bir sıra faktları ortaya çıxarıb.

Amerikada aparılan araşdırmalarda minlərlə insanın iştirak etdiyi anket sorğuları insanların əsasən nə üçün xəyanət etdiyini və daha çox kimlərin xəyanətə meylli olduğunu müəyyən edib.

Daha çox xəyanət edənlər bunlardır:

- Narsist xarakater pozğunluğu olan insanlar
- Ana və ya atası xəyanət etmiş olanlar
- Genində bu xüsusiyyəti daşıyanlar
- Həyat yoldaşına az inanan qadınlar
- Orqazmı imitasiya edənlər

Xəyanətlərlə bağlı digər faktlar:

Qadınlar duyğusal xəyanətin pis olduğunu düşünsələr də, kişilər seksual xəyanəti daha dəhşətli qəbul edirlər.

Qadınların 90 faizi ehtiraslı bir öpüşü belə xəyanət olaraq qəbul etsələr də, kişilərin 75 faizi bunu xəyanət kimi görür.

Qadınların 75 faizi kişilərin başqa qadınlarla mesajlaşmasının xəyanət olduğunu düşünsə də, kişilərin cəmi 51 faizi bununla razılaşır.

Araşdırmanın ən maraqlı tərəflərindən biri insanların daha çox hansı gündə və saatda xəyanət etməsilə bağlıdır. Belə ki, insanlar daha çox çərşənbə günləri və günorta saatlarına üstünlük verirlər.

"Nədən xəyanət edirsiniz" sualına isə qadınların 44 faizi qarşısındakı insandan təsirləndiyi üçün bunu etdiyini etiraf edib. Evli qadınların beşdə biri evliliyində seks olmadığı üçün, 32 faizi isə öz cəlbediciliyinin fərqinə varmaq üçün bu yola əl atdıqlarını deyiblər.

Xəyanət edən kişilərin yarısından çoxu ailə həyatının xoşbəxt, ya da olduqca xoşbəxt olduğunu bildiriblər, xəyanətə səbəb kimi isə daha çox və rəngarəng həyat yaşamaq istədiklərini göstəriblər.

Dostlarınla Paylaş

Saytda 153 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022