Ana ata ilə yatan uşaqlarda yaranan problemlər

Ana ata ilə yatan uşaqlarda yaranan problemlər


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ana ata ilə yatan uşaqlarda yaranan problemlər

Ana ata ilə yatan uşaqlarda yaranan problemlər
Ana ata ilə yatan uşaqlarda yaranan problemlər

Bəzi valideynlər uşaqla birlikdə yatmağı çox normal bir davranış olaraq görürlər.Ancaq böyüməsinə baxmayaraq uşağın anasıyla ya da atasıyla yatması bir problemdir.
Qız uşaqları qədər oğlan uşaqları da anaları ilə birlikdə yatırlar.Birlikdə yatma davranışı daha çox vaxt tək övladlı ailələrdə görülür. Analar tək qalanda ya da yoldaşı yoxkən uşaqları ilə birlikdə yatma davranışları baş verir.

Uşaqların ana ataları ilə yatması ölkəmizdə sıx görülən bir vəziyyətdir.Körpəlikdən başlayaraq, uşaqlığın irəliləyən dövrlərinə qədər davam edə bilən bu vərdişin, uşaqların inkişafında mənfi təsirləri ola bilər.Ana ata ilə birlikdə yatmanın müxtəlif səbəbləri var.

Birlikdə yatma erkən körpəlik dövrlərində başlayan kimi məktəb çağındakı uşaqlarda da görülə bilən bir davranışdır. Uşaq məktəb illərində,anadan ayrıla bilmirsə məktəb qorxusu problemi kimi bəzi çətinliklər yaşaya bilər.

Birlikdə yatma davranışı uşağın şəxsiyyət inkişafına mənfi təsir edə bilər,ailənin tarazlığını poza bilər,ana atanın əlaqələrində problemlər ortaya çıxmasına, cinsi problemlərin olmasına səbəb ola bilər.

Uşağınızın çox sevdiyi bir oyuncağı varsa onunla birlikdə yatmasına icazə verin,bu vəziyyət uşağın özünü daha rahat hiss etməsinə səbəb olacaq.
Yuxu əsnasında səs-küy,işıq,otaq istiliyi (Otaq istiliyinin 17-24 C dərəcə olması ideal olanıdır).Yuxudan əvvəl alınan qidalar,yatağın keyfiyyətinə də diqqət yetirilməlidir.
Uşağınızın otağına lazim olan əşyalar (məs:oyuncaq,lampa,xalça ) beləcə uşağınızın, otağına və yatağına daha asan alışmasını təmin etmiş olarsınız.

Dostlarınla Paylaş

Saytda 340 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024