Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ
İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar.
Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib.
Kaliforniya Universitetindən Beate Ritz və onun komandası Danimarkada krandan su nümunələrini analiz edib və onların məlumatlarını autizm diaqnozu qoyulmuş uşaqların məlumatları ilə müqayisə ediblər.
Nəticədə, hamilə qadınların istifadə etdiyi kran suyunda daha çox litiumun olması autizm diaqnozu qoyulma ehtimalını təxminən 50 faiz artırdığı irəli sürülüb.
Tədqiqatçılar Danimarkada vətəndaşlar tərəfindən istifadə edilən 151 su təchizatı ilə bağlı məlumatları təhlil ediblər. Məlumatlara həmçinin suda təbii olaraq meydana gələn litiumun miqdarı da daxil edilib.
Hamilə qadınlara verilən suya da xüsusi diqqət yetirilib. Daha sonra tədqiqat dövründə doğulan körpələrin sağlamlıq məlumatları araşdırılıb.
Tədqiqatçılar, litiumun yüksək olduğu bölgələrdə autizm riskinin ən azı 24-26 faiz daha yüksək olduğunu bildiriblər. Ən yüksək risk isə 46 faiz olaraq təyin olunub.
"JAMA Pediatrics" elmi jurnalında dərc edilən araşdırmada, həmçinin qeyd olunub ki, şəhər yerlərində risk kənd yerlərindən daha yüksəkdir.
Amma bu nəticələr alimlər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Onlar bu nəticələrin yüz faiz iddia üçün az olduğunu düşünürlər.
ABŞ-dakı Rainbow Autizm Mərkəzinin direktoru Dr. Maks Wiznitzer açıqlamasında qeyd edib ki, bu araşdırmada əlaqələndirmə olduqca maraqlıdır. Amma autizm və litium səviyyələri arasında səbəb əlaqəsi tam formada sübut olunmayıb. Mütəxəssislərin fikrincə, iki amil arasında korrelyasiya mütləq birinin digərinə səbəb olacağı demək deyil.
medicalmedia.az 

Dostlarınla Paylaş

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024