Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Ana südü həm ananı, həm də körpəni qoruyur
Türkiyəli ekspert Dr. Ayxan Çeri, dünya süd günündə ana südünün əhəmiyyəti haqqında açıqlamalar verib.
Aparılan bir çox elmi təcrübələr nəticəsində ana südü ilə qidalanan körpələrdə qulaq və ağciyər infeksiyaları, menenjit, həzm sistemi xəstəliklərinın daha az təsadüf edildiyini qeyd edən ekspert Doktor Çeri, bu xəstəliklərə qarşı körpəni qoruyan əsas maddənin ana südündəki "Ig A" adı zülalın olduğunu bildirib.
O, bildirib: Bu zülal ana südündə bol miqdarda olur. Həmçinin ana südünün gələcək həyatda ortaya çıxa biləcək diabet, xolesterin, hipertoniya və enlamatuar bağırsaq xəstəliklərinin inkişafını qarşısını almada qismən təsirli olur. Ana südü əvəzinə, müxtəlif uşaq yeməkləri, ya da inək, qoyun, keçi südü ilə qidalanan körpələrdə allergik xəstəliklər daha çoxrast gəlinir. Yalnız ana südündə olan "Ig A" uşağın həzm sistemində qoruyucu bir təbəqə yaradır və bu təbəqə mümkün allergik qidaların körpənin həzm sisteminə çatmasını mane olur."
Ana südü köklüyün qarşısını alır
Amerika Pediatriya Akademiyasının köklüyün qarşısını almaq üçün körpələrin ana südü ilə qidalanmasını təklif etdiyini xatırladan ekspert Doktor Çeri qeyb edib:
"Çünki ana südü ilə qidalanan körpələrin daha yaxşı bəslənməsi müşahidə olunmuşdur. Həmçinin ana südüdə daha az insulin (acdıran, yağları toplayan hormon) və daha çox lepir (iştaha bağlayan, piyləri yandıran hormon) olduğundan uşağın həddindən artıq kilo almasının qarşısını alır. Müxtəlif elmi araşdırmalarda ana südü ilə bəslənən körpələrin daha ağıllı olduqlarına dair nəticələr aşkar edilib. Bu tədqiqatların birində 17 mindən artıq körpə doğuşdan sonra 6,5 il müddətində yoxlanılmış və körpələrdən uzun müddət ana südü ilə qidalananların daha yüksək bir zəkaya malik olduğu müşahidə olunmuşdur."
Əmizdirmə döş xərçənginə tutulma riskini azaldır
Aparılan müxtəlif elmi araşdırmalar nəticəsində ananın nə qədər uzun müddət körpəni əmizdirərsə döş və yumurtalıq xərçənginə tutulma ehtimalının bir o qədər azaldığını bildirən Doktor Çeri, "Mütəxəssislər, ana və ana olacaq qadınlara, döş xərçəngindən qorunması məqsədi ilə uşaqlarını ən az bir il müddətində əmizdirməyi təklif edirlər. Bir çox ana körpəni əmizdirərkən ruhən rahatladığını hiss edir. Bu yaxşılaşmanın səbəbi, bu prosesdə ana bədənindən ifraz olunan oksitosindir.