Ana südü həm də körpənin ömürlük peyvəndidir

Ana südü həm də körpənin ömürlük peyvəndidir


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ana südü həm də körpənin ömürlük peyvəndidir

Ana südü həm də körpənin ömürlük peyvəndidir
Ana südü haqqında bütün dövrlərdə fikir söylənilib, yazılar yazılıb, elmi araşdırmalar aparılıb. Amma bu mövzu hər zaman aktualdır və insanları düşündürür. Bunun başlıca iki səbəbi var: birincisi, Yaradanın körpəyə anası vasitəsi ilə verdiyi ən gözəl təbii nemət və ən dəyərli qida; ikincisi, ana südünün müqəddəsləşərək dilimizdən düşməməsidir.
Bəlkə də dünyada 2-ci elə bir nemət yoxdur ki, ana südü qədər məxsusisiliyə malik olsun: tərkibinə qatmaq üçün , keyfiyyətini, rəngini, dadını dəyişmək üçün kimsə nəsə etmək fikrinə düşsün. Bu, mümkün deyil axı...Ana sü, eyni zamanda sağlamliq və mühafizə amilləri, eyni zamanda isti bir doğmalıq, ətir, duyğu, heyranlıq, sevgi, mehribanlıq...nələr...nələr..
Bunlar hamısı ana südünün tərkibində var, bunlar hamısı körpənin öz sevimli mələyi ilə "xəlvətə" çəkilib ünsiyyətdə olduqları vaxt ana südü vasitəsi ilə onun bütün cisminə, varlığına axır.
Bəlkə də ananın öz körpəsi ilə bundan şirin, arzu dolu belə ünsiyyətləri olmur...göz-gözə, baxış-baxışa, səssiz-sözsüz demək istədiklərini bir-birlərinə çatdırırlar.

Ana südü həm körpə üçün, həm də ananın özü üçün xəstəliklərə qarşı sipər vasitəsidir.
Ana südünün xərçəng hüceyrələrini öldürəcək qədər qüvvəyə malik olması artıq sübuta yetirilib. Əmizdirən analar körpəsinə ana südü verməyən analara nisbətən daha səbrli, təmkinli, müsbət enerjili və şən olurlar.
Mütəxəssislər bu fikirdədirlər ki, əgər yeni doğulmuş körpə heç olmaza, 6 ay ana südündən məhrum edilməsə, o zaman hər il 1000 uşağı ölmünün pəncəsindən almış olarıq.
Maraqlıdır ki, hər il dünyanın 170-dən çox ölkəsində 1-7 avqustu Dünya Əmizdirmə Həftəsi kimi qeyd edir və həmin həftəlikdə nəinki körpəsi olan analar, bütünlükdə cəmiyyət ana südünə diqqət və əhəmiyyət nümayiş etdirirlər.
Dünyanın əksər ölkələrində ana südünün əhəmiyyətini lazımınca qiymətləndirir və bu məqsədlə ana südü bankları yaradırlar.
Məsələn, ilk belə ana südü bankı 1985-ci ildə ABŞ-da yaradılıb. Qeyd edək ki, bu bankın fəaliyyəti təkcə süd ehtiyacını təmin etməklə məhdudlaşmır. O, həm də ana südünün əhəmiyyəti ilə bağlı təbliğat kampaniyasına aparır. Bu gün ABŞ-da artıq 10-dan çox iri ana südü bankı fəaliyyətdədir. Kanada, Braziliyada, İngiltərə, isveç, Norveç və s. ölkələrdə də artıq belə banklar var. Türkiyədə - Ankaradakı mərkəzi doğum evlərindən birinin tərkibində bu vəzifəni daşıyan şöbə yaradılıb.

Dostlarınla Paylaş

Saytda 188 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024