Ana südünü artıracaq təbii qidalar

Ana südünü artıracaq təbii qidalar


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ana südünü artıracaq təbii qidalar

Ana südünü artıracaq təbii qidalar
Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik.
Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpənin sağlam böyüməsi və inkişafı üçün ən uyğun qidalanma üsuludur. Bu səbəbdəndir ki, süd verən analar  qidalanmalarına üstünlük verməli və "Qalactogogues"(ana südünü artıran) qidalar seçim etməlidilər.
Qalactogogues, ana südünün ifrazını və miqdarını artıran bitkilərə, qidalara və dərmanlara verilən ümumi bir addır. Bu maddələrin bəziləri süd istehsal edən hormonu (prolaktini) atırsa da  əksəriyyətinin təsir mexanizminə dair konkret məlumat yoxdur. Bu səbəbdəndir ki, qədim zamanlardan bəri yerli və ənənəvi yemək və içkilərdən südü artırmaq məqsədi ilə  istifadə edilmişdir. Bu ənənəvi və təbii qidalar günümüzdə də süd verən bir çox ana tərəfindən seçim edilir. Lakin emizdirən anaların çoxunda süd olduğu üçün süd artırıcılara ehtiyac yuyulmaz. Çünki südün miqdarı tələb və təklif mexanizmindən asılı olaraq ifraz olunur.  Bəs, kimlər süd artıran qidalar tələb etməlidilər:
Bütün dəstəyə baxmayaraq südü artmayan analar,
Erkən doğulan və ya çox uşaqlı analar
Südü kəsilən analar
Süd artıran qidaların istifadəsinə başlamazdan əvvəl həkim dəstəyi qəbul etmək tövsiyə olunur. Çünki heç bir süd artıran qida bir başa südü artırmaz.
Ana südünü artırmaq üçün istifadəsi məsləhət görülən təbii bitkilər belədir:
Təzə ağ üzüm: Gündə bir miqdar təzə ağ üzüm istehlak etmək ana südünü artırır.
Şüyüd: Bu bitkinin tərkibindəki təsirli maddə ana südünü artırmağa kömək edər. Səhər və axşam yeməkdən əvvəl istehlak edilən şüyüd ana südünü artırır.
Əncir (təzə və ya qurudulmuş): Səkkiz- doqquz ədəd quru əncir yarım litr xlorlu olmayan suda on dəqiqə qaynadılır. Gündə səhər və axşam olmaqla iki dəfə içilir.
ncir-yerkökü: Səkkiz-doqquz ədəd qurudulmuş əncir ikiyə bölünərək yarım litr xlorlu olmayan qaynar suya atılır. Beş dəqiqə qaynadıldıqdan sonra bir ədəd dilimlənmiş  yerkökü  əlavə edilərək daha  üç dəqiqə qaynatılır. Süzülərək günortadan əvvəl və ya günortadan sonra  bir stəkan içilir. Bu 21 gün təkrar edilir. 
Təzə ağ tut: bu məhsul da südü artırmaq üçün məsləhət görülür. Qaynadılmış qurudulmuş tut da istifadə  edilə bilər.
Tut doşabı: ənənəvi üsullarla hazırlanmış tut bəhməzi ən güclü süd artıran qidalar arasında iştirak edir. Bu təbii və qatqısız olmalıdır. 
Hamilə qadınlar və ya körpələrini əmizdirən analar mövsümdənkənar yetişdirilən tərəvəz və meyvələrin istifadəsindən imtina etmilidilər.
Əncir-yerkökü istisna olmaqla birdən çox süd artırıcı eyni vaxtda istehlak edilməməlidir. Ancaq bir süd artırıcını bir həftə istehlak etdikdən sonra  zərurət olması halında başqa bir süd artırıcı istehlakı məsləhət görülür. Bunun heç bir yan təsiri olmaz. Məsələn, bir həftə təzə ağ üzüm istifadə etdikdən sonra bir həftə şüyüd və ya qurudulmuş əncir istehlak etmək olar. Sözügedən  süd artırıcı məhsullara raziyanə, xurma, kərəviz, təzə kərəviz yarpaqları, balqabaq, çiyələyi də  əlavə edə bilərik. 
Kahı, sumak, raziyanə çayı, düyü, Hind küncütü, qoz, badam, fındıq, tahin- bəkməz, balıq, lobiyə və noxud, yumurta, kifayət qədər su, Yaşıl yarpaqlı tərəvəzlər də  südü artırmaq məqsədi ilə  istifadə edilir. Lakin bu məhsulların effektivliyi və təhlükəsizliyi ilə bağlı kifayət qədər araşdırmalar aparılmayıb. Baxmayaraq əksər hallarda analar tərəfindən istehlak edilirlər. Ancaq körpələrini emizdirən analar bu məhsulları istifadə etməzdən əvvəl  həkimləri ilə məsləhətləşməli olduqlarını unudmamalıdılar.

Dostlarınla Paylaş

Saytda 196 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024