Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…
Ana südü həm körpə, həm də ana sağlamlığı üçün ən əhəmiyyətli qida qaynağıdır. Bununla əlaqədar türkiyəli professor Nalan Karabayır məlumat verib:
"Ana südü körpələr üçün ən sağlam qida mənbəyidir. Əmizdirmə ana-uşaq bağını gücləndirir. Ana südü ilə qidalandırma qadının doğum sonrası depressiya riskini də azaldır"
Prof. Dr. Nalan Karabayır qeyd edib ki, ana südü körpələrin sağlam böyüməsi və inkişafı üçün ən əhəmiyyətli qida qaynaqlarından biridir. İlk 6 ayda yalnız ana südü verilməsi tövsiyə olunur. Ana südü körpələrin immun sistemini gücləndirir, infeksiyalardan qoruyur və sağlam inkişafını təmin edir. Əmizdirmə analar və körpələri arasındakı bağı gücləndirir. Bu qidalanma üsulu körpələrin sakitləşməsinə və yatmasına kömək edir. Ana südü körpənin böyüməsi və inkişafı üçün lazım olan bütün qidaları ehtiva edir.
Mütəxəssis onu da xüsusi vurğulayıb ki, ana südü istehsal etmək anaların doğuşdan sonra daha tez sağalmasına, psixoloji olaraq güclənməsinə kömək edir. Bundan əlavə, ana südü ilə qidalandırma anaların xərçəng riskini də azaldır.  Ana südü körpələr üçün çox vacibdir, ona görə də analar mümkün qədər uzun müddət əmizdirməlidirlər. Bundan əlavə, xəstəxanalar və cəmiyyət ana südü ilə qidalanmanı dəstəkləmək və ana südü ilə qidalandırma prosesini asanlaşdırmaq üçün daha çox iş görməlidir.
medicalmedia.az 

Dostlarınla Paylaş

Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024