![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Naomi 6 ay ərzində arıqlama çayından istifadə edib. Eyni zamanda hamiləlikdən qorunma həbi qəbul edən Naomi sürprizlə qarşılaşıb. Onun hamilə olduğu aydın olub.
Məlum olub ki, arıqlama çayı hamiləlikdən qorunma həblərinin təsirlərini aradan qaldırıb.
Arıqlama çaylarının hamiləliyin qarşısını alan həblərin təsirini yox etdiyini öyrənən Naomi belə bir əhəmiyyətli faktın çay paketlərinin üzərində qeyd olunmadığına etirazını bildirsə də, artıq iş işdən keçib.