Atası tərəfindən atımış kiçik qızdan müdrik addım

Atası tərəfindən atımış kiçik qızdan müdrik addım


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Atası tərəfindən atımış kiçik qızdan müdrik addım

Atası tərəfindən atımış kiçik qızdan müdrik addım
Bağışlaya bilmək – zəiflik əlaməti deyil, bu daha doğrusu qiymətli hədiyyə və böyük işdir. Ona görə də onu öyrənmək o qədər də asan deyil. Hər bir insan unuda bilər, amma heç də hamı həmişə bağışlamağı bacara bilməz.

Biz özümüzü nə qədər yetkin və müdrik insan sansaq da, baş verənləri övladlarımıza nisbətən çətin bağışlaya bilirik. Düşünürük ki, bizim kiçik yaşlı nəsildən öyrənəcəyimiz çox şeylər var.

Sosial şəbəkədə bir qadın bağışlamaq haqqında qeyri-adi bir qeyd paylaşıb. Onu sizə təqdim edirik. Bəlkə onu oxuduqdan sonra siz də özünüz üçün faydalı nə isə götürə biləcəksiniz...

"Qızım doğma atasını sonuncu dəfə 4 yaşı olanda görmüşdü. İndi isə onun 11 yaşı var. Qızımın 2 yaşı olanda atası məndən aliment odəməmək üçün valideyin hüquqndan imtina etməyin mümkün olub-olmaması barədə soruşmuşdu. Mən qızımı əlavə əzablardan qorumaq üçün onun təklifi ilə razılaşmışdım. Ümumiyyətlə, bu ağrı və xəyal qırıqlığı ilə müqayisədə o qədər də böyük itki deyildi.

Atasının kim olması və hara yoxa çıxması haqda qızımı heç vaxt aldatmamışdım. Həmişə onun doğma atası haqda suallarına mümkün olduğu qədər dəqiq və düzgün cavab verirdim.

Qızımızın 4 yaşı olanda həyat yoldaşım mənə bildirdi ki, onda xərçəng tapılıb və o, qızı ilə görüşmək istəyir. Bütün işlərimi təxirə salıb, qızımı da götürüb onunla görüşmək üçün parka getdim. O, iki saat izin istədi. Ancaq 20 dəqiqə ona bəs etmişdi. Həmin vaxtdan ondan heç bir xəbər çıxmadı.

Təxminən bir il əvvəl ortaq tanışımıza rast gəldim və o, mənə dedi ki, mənim qızım keçmiş ərimin digər uşaqlarına bənzəyir. O, mənə keçmiş həyat yoldaşımın evləndiyini bildirdi. Sonuncu sözlərdən sonra nitqim qurudu. Təsəvvür edin ki, mənim qızım üçün bunu eşitmək nə demək idi... Söhbəti saxlamaq qərarına gəldim, biz qızımla maşına əyləşdik. Uşaq təəccüblü də olsa çox sakit idi. O gülümsədi və mənə dedi: "Ana, əvəzində o. Nəhayət ki, ata olmağı öyrənib. Bu ki, çox yaxşıdır. Mən onun uşaqlarına görə çox sevinirəm..." Bu mənim 11 yaşlı qızımın mənə bağışlamaq sənətini öyrətdiyi gün idi".

Dostlarınla Paylaş

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024