Bədənimizin gizli dili olan jest və mimikalar haqqında

Bədənimizin gizli dili olan jest və mimikalar haqqında


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bədənimizin gizli dili olan jest və mimikalar haqqında

Bədənimizin gizli dili olan jest və mimikalar haqqında
Bədənimizin gizli dili olan jest və mimikalar haqqında
Bədənin gizli dili
Bilirinizmi, ünsiyyət zamanı məlumatın 50% jest və mimikaların köməyi ilə çatdırılır. Bununla belə çox ifadəli işlətdiyimiz sözlər – yalnız 10% fikrimizi çatdırmaqda bizə yardımçı olur. Səsin tembri və intonasiyanin vasitasilə isə məlumatın cəmi - 40% ötürməyə müvəffəq oluruq. Söhbət zamanı əsas diqqət maksimum həmsöhbətimizin jest və mimikalarına yönəlməlidir.
Tanışlığınızın ilk dəqiqələrindən Siz göstərməlisiniz ki, ünsiyyətə hazırsınız, və əməkdaşlıq əlaqələri qurmaqda maraqlısınız.
Təcrübəli psixoloqlar Sizə dialoqlar zamanı daha cox istifadə olunan bəzi jest və mimikaların mənasını açıqlayırlar.
Amma unutmayın ki, ünsiyyətdə əsas mövqe səmimilikdir. Çalışın biliklərinizi tədbiq edərkən hərəkətləriniz sün'i, qeyri-təbii görünməsin.
1. "Açıq əllər" jesti səmimilik deməkdir. Söhbət zamanı bəzən bir və ya hər iki əl ovuc içi açıq vəziyyətdə olur. Sanki insan Sizə gəlbini açır. Əgər çalışsaz bi jesti sün'i, yəni şüurlu ifadə edəsiniz, razılaşın ki, kənardan gülməli görünə bilər.
2. Pencəyinizin düymələrini açmaqla və ya onu çıxartmaqla Siz həmsöhbətinizə qarşı rəğbət bəslədiyini bildirirsiz.
3. İnsanın sakit, rahat, arxayın özünü hiss etməsini onun əllərinin boşalmış vəziyyəti qoyulduğu işarə edir.
4. Söhbətə diqqətlə qulaq asanda adamın başı qeyri-ixtiyari olaraq yana əyilir.
5. Əgər kimsə danışanda açıq əllərini (evcik şəklində) bir-birinə dirəyibsə, onda Siz əmin ola bilərsiniz ki, bu insan fikirlərini əməl edib, sözünün üstündə durandı. Ona etibar etmək olar.
Jestlər bir neçə qrupa bölünür.

Birinci qrup – işarə -jestləridir. Amma onları istifadə etdikdə çox ehtiyatlı olmaq lazımdır. Çünki eyni işarə -jesti hər ölkədə müxtəlif məna bildlrir. Məsələn amerikanların "O.K." jesti Amerikada – hər şey yaxşıdı mənasını ifadə edirsə, Fransada - sıfır bildirir, Yaponiyada isə - pula işarə edir.
Bizim tez-tez istifadə etdiyimiz "Əlvida" jesti Yunanıstanda– "Rədd ol burdan" kimi başa düşürlür.
Müsəlman ölkələrində sol əllə hədiyyə, pul vermək haram sayılır. Başqa Qərb və Avropa ölkələrində isə bu məqama heç bir fikir vermirlər.

İkinci qrup jestlər - illüstrator-jestləridir. Onların köməyi ilə fikrinizi daha geniş, emosional çatdırmaq mümkündür. Bu növ jestlərdən mitinqlər, toplantılar zamanı natiqlər istifadə edirlər.

Üçüncü qrup – tənzimçi, nizamlayıcı jestlərdi. Bu qrup jestlər söhbətin əvvəli və sonunda mühüm rol oynayırlar. Belə jestlərdən biri - əl verməkdir. Bu jestlə bir neçə məna bildirmək olar: həm söhbətin əvvəlini, həm yekunlaşdırmaq istəyini çatdırmaq, həm də danışığın sonunu.
Bugünkü təqdim olunun məqalədə sonuncu qrup – adaptor(ötürücü) jestlərdi. Adətən bu növ jestlər bizim hiss və emosiyalarımızı ifadə etdikdə yardımcı olurlar. Onlar uşaqların qeyri -ixtiyari etdiyi reaksiyalara oxşayır. Stress, həyacan əlamətlərində ifadə etdikdə daha aydın görünür.
Hətta ən ciddi söhbət zamanı bəzən o qədər də vacib olmur insan NƏ DEYİR – nəinki – NECƏ DEYİR. Ona görə həm özünüzə, həm də həmsöhbətinizə qarşı diqqətli olun.

Dostlarınla Paylaş

Saytda 40 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024