Bezlər uşaqların cinsi inkişafına təsir edirmi?

Bezlər uşaqların cinsi inkişafına təsir edirmi?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bezlər uşaqların cinsi inkişafına təsir edirmi?

Bezlər uşaqların cinsi inkişafına təsir edirmi?
Uşaq bezləri daha nazik və daha "havalı" materiallardan hazırlanır, xüsusi maddələr ifrazatı çəkir, uşağın dərisinə dəyən hissə quru qalır.

Beləliklə, bezlər körpənin dərisini nəmişlikdən, nəmişlik nəticəsində yaranan müxtəlif xəstəliklərdən qoruyur. Bezlərin çəkisi günü-gündən azalır (bir bezin çəkisi orta hesabla 50 q-dır). Uşaqlara, eləcə də analara bəxş etdiyi rahatlıq isə müqayisə olunmazdır.

Amma anaları həmişə bir sual maraqlandırır: Bezlər uşaqların cinsi inkişafına təsir edirmi?

Əlbəttə, əgər siz uşağı bezdə saatlarla saxlayırsınızsa, ona ziyan edirsiniz. Axı bezlər yalnız mayeni içinə çəkir, nəcisin qatı hissəsi uşağın dərisi ilə bezin arasında qalıb, onu narahat edə bilər. Həm də bezlər bir neçə saat üçün nəzərdə tutulub.

Uşaq bir neçə dəfə işəyəndən sonra bez şişib, onu sıxmağa başlayar. Odur ki, istənilən bezi 3, uzağı 5 saatdan bir dəyişmək lazımdır. (Amma bez nəmdirsə, dəyişdirilməlidir, quru bezi dəyişməyə ehtiyac yoxdur).

Bundan başqa, uşağı, xüsusilə də oğlan uşağını bütün gün bezdə saxlamaq olmaz. Paltarını dəyişərkən, körpəni azacıq çılpaq qoymaq lazımdır.

Aparılan araşdırmalar göstərib ki, bezlərin mikroiqlimi uşağın dərisi üçün faydalıdır və ilk bezlər kimi parnik effekti yaratmır. Ancaq elə bezlər var ki, uşaqda allergiyaya səbəb olur. Bu, bezlərin hazırlanması zamanı istifadə olunan maddələrdən və uşağın dərisinin bu maddələrə reaksiyasından asılıdır.

Körpənin dərisində səpki, qızartı görsəniz, dərhal həkimə müraciət edin. Səbəb istifadə etdiyiniz bezdirsə, başqa şirkətin məhsulunu alın. (Bəzi uşaqların dərisi ümumiyyətlə heç bir bezi götürmür.)

Bəzi mütəxəssislər bezlərin oğlan uşağı üçün tam təhlükəsiz olduğuna əmindirlər. Bu fikri onunla əsaslandırırlar ki, 2 yaşına qədər uşaqların cinsiyyət orqanında elə bir inkişaf getmir və bu dövrdə bezlər cinsiyyət orqanına təsir edə bilməz.

Hər şeyə rəğmən uşaq bezlərdən nə qədər tez çıxsa, bir o qədər yaxşıdır. Körpənin 6 aylığından onu tualetə aparmağa, daha çox bezsiz saxlamağa çalışın. Bezlərdən qurtara bilmirsinizsə, cəhdləriniz nəticə vermirsə, məyus olmayın, bu proses bir neçə ay çəkə bilər.

Qarşısınıza məqsəd qoysanız, istədiyinizə çata biləcəksiniz.

Dostlarınla Paylaş

Saytda 205 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024