Bir insan üçün darıxanda əslində bunlar baş verir

Bir insan üçün darıxanda əslində bunlar baş verir


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bir insan üçün darıxanda əslində bunlar baş verir

Bir insan üçün darıxanda əslində bunlar baş verir
Kimsə üçün darıxmaq nə deməkdir? Ola bilsin ki, biz kimsə üçün deyil, kemişdə yaşadıqlarımız hisslər üçün darıxırıq.

İkin nəfərin münasibəti çox incə məsələlərdəndir. Belə münasibətlərdə hisslər heç də həmişə daimi olmur və sevgi tezliklə bitir. Səbəb isə çox sadədir- insanı olduğu kimi qəbul etmək asan olmur. İlk tanışlıqda insan qarşı tərəfi ideallaşdırır. Bir müddət sonra əsl həqiqət üzə çıxır. Əvvələr xasiyyətlərdəki çatışmamazlıqlar əhəmiyyətli olmasa da, sonradan bu xoşalgəlməz olur, sevgi sönməyə başlayır. Nəyə görə bu baş verir?

Biz öz fantaziyalarımız üçün darıxırıq

İnsanın təbiəti belədir ki, ilk vaxtlarda o, adətən beynində yaratdığına vurulur və hisslər hər şeyi əvəz edir. Zamanla tərəflər bir-birilərini yaxşı tanımağa başlayır və ideal keçmiş yerini bir o qədər də ideal olmayan indiki zamana verir. Çox hallarda münasibətlər bitir, çünki hər insan qarşısındakını çatışmamazlıqları ilə birlikdə qəbul edə bilmir. Bu zaman keçmiş təəssüflə anılır, onun daha xoş olduğu hiss olunmağa başlayır. Məlum olur ki, insan ilk vaxtlarda tanış olduğu həmin o ideal adam üçün darıxır. Keçmiş xatirələr üçün darıxmaq neqativ halları unutmağa kömək edir. Bütün bunlar – illüziyalardır. Bu illüziyalardan özünə rəhm etmədən xilas olmaq lazımdır.

Təklikdə darıxırıq

İllüziyaları əsl hisslərdən ayırmaq o qədər də çətin deyil. Əgər keçmiş haqqında xatirələr tək qalanda və ya sizə pis olanda yadınıza düşürsə, deməli heç bir sevgi olmayıb və indi də yoxdur.

Çox vaxt biz həmin insan üçün deyil, birlikdə olduğumuz anlar üçün darıxırıq. Həmişə keçmişi düşünərkən birgə edilən zarafatları, hissləri yada salıb, əslində özümüz üçün darıxırıq. Düzünü desək, bu və ya digər insan üçün darıxmaq çətindir, biz məhz hisslərimiz üçün darıxırıq.

Əlbəttə ki, sevginin rolunu da danmaq olmaz. Ayrıldıqdan sonra bəzi insanlar həqiqətən də onlara əziz olan insan üçün darıxır, onu itirdiyinə görə təəssüflənir. Belə hallar da az olmur.

Nə qədər ki, yaxınlarınız və sevdikləriniz yanınızdadırlar, onları həmişə qoruyun. Onda itriləndən sonra darıxmaq kimi hisslərlə üzləşməyəcəksiniz. Elə indidən həyatınızı yaxşılığa doğru dəyişməyə cəhd edin.

Dostlarınla Paylaş

Saytda 277 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024