Bir yaşından tez uşaqlara bal vermək ziyandır və səbəbləri | Tatli.Biz
Bir yaşından tez uşaqlara bal vermək ziyandır və səbəbləri
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bir yaşından tez uşaqlara bal vermək ziyandır və səbəbləri

Bir yaşından tez uşaqlara bal vermək ziyandır və səbəbləri
Bir yaşından tez uşaqlara bal vermək ziyandır və səbəbləri

Uşaqlarda isə müdaifə mexanizmi kifayət qədər inkişaf etmədiyi, həm də mədə ancaq ana südünü həzm edə biləcək vəziyyətdə olduğu üçün bal vermək olmaz.

Uşaqlarınızı 1 yaşından əvvəl bal və şokoladdan uzaq saxlayın!

Arılar bal hazırlamaq üçün nektar toplayarkən botulizm bakteriyalarını da özü ilə birlikdə alıb fərqində olmadan istifadə edə bilərlər. Yetkinlərdə bu balın yeyilməsi problem yaratmır. Vücudun müdafiə mexanizmi, ya da mədənin turşulu olması bu bakteriyanın zərər verməsinə icazə vermir.

Böyüklərdən fərqli olaraq, uşaqların həzm sistemində botulizm bakteriyalarına nəzarət edən, onların çoxalmasına və zəhər yaymasına mane olan faydalı bakteriyalar hələ inkişaf etmir. Bu bakteriya uşaqlarda ciddi zəhərlənmə təhlükəsi yarada bilər. Zəhərlənən uşaq nəfəs almağa çətinlik çəkir və yata bilmir. Qol, boyun və ayaqlarda gücsüzlük yarana bilər. Yəni, uşağın sağlamlığında ciddi problemlər yarana bilər. Bir yaşı tamam olmuş uşaqlara bal yedirmək olar və heç bir zərəri olmur.

Dostlarınla Paylaş

Saytda 94 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022