Boşanmış birinə əsla bu sözləri deməyin!

Boşanmış birinə əsla bu sözləri deməyin!


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Boşanmış birinə əsla bu sözləri deməyin!

Boşanmış birinə əsla bu sözləri deməyin!
Bu sözü eşidən boşanmış adam üçün boşanma sonrası nə qədər xoşbəxt olduğunu izah etmə səyi göstərirsiniz. Amma inanın ki təsəlliniz onun üçün olduqca yorucudur. Çünki boşanma bədbəxt bir həyatı xoşbəxt bir həyata çevirmək üçün həyata keçirilir.

"Uşaqlar nə olacaq?"
Bu sualdan uzaq durun. Çünki boşanma qərarını ən çox çətinləşdirən şey uşaqdır. Bildiyiniz kimi bir çox cütlüklər uşaq uğrunda bədbəxt evliliyinə davam edir. Halbuki evdəki bədbəxtlik uşaqlara da mənfi təsir edir. İnanın, boşanmış xoşbəxt valideynlər uşaqlarını evli, amma mütəmadi mübahisə edən valideynlərdən daha çox xoşbəxt edir.

"Sizi yenidən bir araya gətirə bilərəm"
Boşanmış bir adamın buna cavabı "Xeyr, təşəkkürlər; mən belə yaxşıyam" olarsa xasiyyətcə həlim və səbrli biriylə qarşı-qarşıyasınız deməkdir. Çünki üzərinizə vəzifə olmayan bir şey etdiyinizi xatırladaq.

"Başqa birini tap"
Çoxu insan boşanma sonrası vəziyyət üçün "mismar mismarı sökər" məntiqiylə düşünür. Yeni bir əlaqə bütün çətinlikləri unutdura bilirmiş kimi ... Halbuki yeni boşanan bir adamın ehtiyacı olan ən son şey yeni bir sevgilidir. Bu, onun üçün yeni bir problem ola bilər. Bir az başını rahat buraxmaq və istirahət etmək ən gözəlidir.

"Evlilik çətin işdir"
Sanki boşanmış adama dəstək olmaq üçün deyilmiş bir söz kimidir, amma bu söz daha dərindən düşünəndə "Hesab edirəm ki, sən bu evlilik işini bacarmadın" mənasına gəlir.

"Sənə xəyanət etdiyi üçünmü boşandın?"
Səbəb xəyanət belə olsa bunu bir dəfə daha eşitmək heç kimin xoşuna gəlməz.

"Sən gözəl bir qadınsan. Yeni birini dərhal tapa bilərsən"
Uzun illər davam edən bir evlilikdən sonra bir qadının ən böyük ehtiyacı yeni bir həyat yoldaşı deyil, bir az özünə zaman tanımaqdır.

"Yeni sevgilisi çox şirindi"
Kim köhnə ərinin yeni sevgilisi haqqında tərif dolu sözlər eşitməkdən həzz alar ki?

"Sənə dedim, amma mənə qulaq asmadın"
Kimsə xoşbəxt olan bir evliliyini bir başqasının sözüylə bitirməz. Evlilikdə pis olan tərəflər varsa bunu özü müəyyən etməlidir ki boşanma qərarı versin. Sonradan "mən bildim" havası yaratmağa ehtiyac yoxdur.

"İndi nə edəcəksən?"
Bu sualı soruşmayın, çünki soruşduğunuz adam özü də bu sualın cavabını hələ bilmir.

Dostlarınla Paylaş

Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024