Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Boşanmış kişidən 20 məsləhət
Bu yaxınlarda boşanan Cerald Rocers öz həyat təcrübəsini digər insanlarla bölüşmək qərarına gəlib. O, etdiyi səhvlərdən çox peşmandır. Öz vəziyyətini analiz edən Cerald nigah haqqında 20 qayda hazırlayıb və sosial şəbəkələrdə yerləşdirib.
1. Həmişə öz qadınınızın qayğısına qalın.
Yadda saxlayın ki, o, sizin üçün, dost, bacı, ana, sevgili və qızınızdır. O, sizin üçün ən qiymətli varlıqdır. Onu qoruyun və çox sevdiyinizi həmişə ona göstərin. Hər görüş ilk görüş kimi olsun.
2. Öz ürəyinizi qoruyun.
Kişi öz ürəyini yalnız öz qadını üçün qorumalıdır. Qəlbinizi digər qadınlardan qoruyun. Qəlbiniz yalnız öz həyat yoldaşınız üçün açıq, digər qadınlar üçün isə bağlı olsun.
3. Aşiq olun.
20 yaşınız olmasa da, ruhunuz o yaşda olsun. Yenidən və yenidən aşiq olun.
4. Əks tərəf.
Ən möhkəm mübahisədə də müsbət cəhət axtarın. Öz xanımınızda ancaq yaxşı cəhətləri görməyə çalışın. Xatırlayın ki, siz ancaq onu seçmisiniz.
5. Qadını heç vaxt dəyişməyə çalışın.
Qadını dəyişməyə çalışmayın. Onu necə varsa eləcə də sevin
6. Kişi başçıdır.
Yaddan çıxartmayın ki, özünüzün və ailənizin xoşbəxtliyi üçün yalnız siz cavabdehsiniz. Əgər xoşbəxt olmaq istəyirsinizsə, hamı (xanımınız, uşaqlarınız) xoşbəxt olacaq .
7. Öz pis əhval-ruhiyyənizə görə onu günahlandırmayın.
Bu sizin probleminizdir. Xanımınızı günahlandırmaq üçün yüzlərlə səbəb axtarmayın.
8. Qoyun o, sadəcə yaşasın.
Əgər xanımınızın əhval-ruhiyyəsi pisdirsə, həmin an onu şənləndirməyə çalışmayın. Sadəcə həmişə onun yanında olduğunuzu göstərin.
9. Gülümsəyin.
Sadəcə gülümsəyin. İnsan güləndə kimyəvi reaksiya baş verir və bu xoşbəxtlik hissi yaradır.
10. Onu tanıyın.
Nə qədər istəsəniz də qadını tamamilə tanıya bilməyəcəksiniz. Hər gün onun qəlbini kəşf etməyə çalışın. Onu xoşbəxt edin. Qoy o, özünü şahzadə kimi hiss etsin.
11. Onun bədənini sevin.
Onun bədənin cəlbediciliyinə və seksuallığına diqqət edin. Seks sizin üçün stresi atmaq vasitəsi olmasın. Onun qəlbinə daxil olun, bədəninə hakim olun və o, özünü bütünlüklə sizə etibar edəcək.
12. Qulaq asın.
Bu asan deyil, amma qadına qulaq asmaq lazımdır. Rəfiqələrinin olması gözəl bir işdir, amma o, sizinlə danışmaq istəyir. O, bilməlidir ki, sizin üçün maraqlıdır. Şam yeməyi zamanı, səhər yeməyində və yaxud yuxudan əvvəl ona diqqətlə qulaq asın.
13. Etiraf etməkdən qorxmayın.
Səhvinizi etiraf etməkdən qorxmayın. Hamı səhv edə bilər. Amma bu o demək deyil ki, həmişə axmaq olmaq lazımdır.
14. Azadlıq.
Bu hər iki tərəfə aiddir. Azadlıq hamıya lazımdır. Dostlarla gəzmək, kinoya getmək, kafedə əyləşmək və s. İnsana azadlıq vermək lazımdır ki, o, sizi tərk etmək istəməsin.
15. Həssas olmaqdan qorxmayın.
Zəif görünməkdən və öz qorxularınız haqqında danışmaqdan və ya ona şikayətlənməkdən qorxmayın.
Qadın təbiətinə görə həm də anadır. Həssas, mehriban və mülayimdir. Onun analıq hissi sizi mühakimə etməyə imkan verməyəcək, o, ancaq sizi dəstəkləyəcək.
16. Düzgünlük.
Əgər ailədə inam istəyirsinizsə, onada nə olursa olsun, dürüst olun.
17. Zəhmət çəkin.
Münasibətlər – böyük əmək tələb edir. Birlikdə vaxt keçirin: yemək hazırlayın, zarafatlaşın, səyahət edin. Bu sizi çox yaxınlaşdıracaq.
18. Xəsislik etməyin.
Pullu düzgün xərcləyin. Amma ailə ilə müqayisədə pul heç nədir. Həyat yoldaşınızdan pul gizlətməyin. Bu sizə ucalıq gətirməz.
19. Bağışlayın.
İnciklikləri unudun və bağışlayın. Keçmişi unutsanız, xoşbəxt gələcəyinizi qura bilərsiniz.
20. Həmişə sevgini seçin.
Nə olur olsun, həmişə sevgini seçin. Sevgi hər şeyə tab gətirəcək. Ondan vaz keçməyin.
Cerald ona bəxş olunanın dəyərini çox gec anlayıb. Sizsə onun səhvlərini təkrar etməyin.