Bu insanların namazı 40 gün ərzində qəbul olunmayacaq

Bu insanların namazı 40 gün ərzində qəbul olunmayacaq


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bu insanların namazı 40 gün ərzində qəbul olunmayacaq

Bu insanların namazı 40 gün ərzində qəbul olunmayacaq
Sual: Falçıların və öncəgörücülərin yanına gedən insanların namazlarının 40 gün ərzində qəbul edilməyəcəyi doğrudurmu?

Cavab: Safiya bint Əbi Ubaidin söylədiklərinə görə Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Baxıcıların yanına gedən, onlardan kömək istəyən, onların dediklərinə inan şəxslərin namazları qırx gün ərzində qəbul edilməyəcək" (Müslim, Salam,125).

Gələcəkdən xəbər verən – gələcəyin ona məlum olduğunu iddia edən şəxslərdir. Gələcəkdən xəbər verənlər bəzən "münəccim", "kahin", "ərraf", "falçı"da adlandırılır. Adları nə olursa olsun onlar haqqında bir hökm var.

Qeybin sirlərinin yalnız Allaha məxsus olması çoxsaylı ayələrlə təsdiqlənib. Beləliklə, gizli sirləri bildiklərini iddia etmək Müqəddəs Qurana görə cinayət hesab edilir. Əgər mömin insan falçının sözlərini ciddi qəbul edirsə, bu onun əqidəsinə tamamilə ziddir.

Falçıya müraciət edən möminin namazının qəbul edilməməsi məsələsinə gəldikdə isə, bir çox alimlərin fikrincə bu insanın namazın mükafatindan məhrum edilməsi deməkdir. Alimlərin dediklərinə görə, "Belə insanın namazı 40 gün ərzində qəbul olunmayacaq və o, bütün bu namazları yenidən qılmalıdır".

Əgər insan bu əməlinə görə tövbə edərsə, onda İnşaAllah onun namazları yenidən qəbul olunar.

Qeyd etmək yerinə düşər ki, bir sıra hədislərdə falçının yanına getmək 40 gün namazın qəbul olunmamasına səbəb olduğu kimi, digər hədislərdə falçının sözlərinə inanmaqla kafirlik edir. Belə hədislərin birində deyilir:

"Falçıya gedən və onun sözlərinə inanan dinimizdən uzaqlaşmış olar. Amma falçıya gedib, amma onun sözlərinə inanmayan şəxslərin namazı isə 40 gün ərzində qəbul olmaz". (Təbərani).

Mənbə: Islam-Today

Dostlarınla Paylaş

Saytda 407 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024