![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Burada çoxdan qızların ailənin bütün qardaşlarına ərə getməyi qəbul edilib.
Tibet ailələrində münasibətlər çox qəribədir. Uzun illər mövcud olmuş ənənəyə əsasən, ailədə böyük oğul özünə arvad seçir. Ailənin digər oğlan övladları isə böyük qardaşın aldığı qadının əri sayılırlar.
Bu, müvəffəqiyyət hesab edilir. Hesab edilir ki, qadının çox ərə malik olması ailənin zəngin olması deməkdir.
Qadınlara gəlincə, münasibətlərin belə modeli onları tamamilə qane edir. Burada zərif cinsin nümayəndələri ərlərindən hər birini sınayır. Evdəki bütün kişilər onu öz xarakterləri, işgüzar olmaları ilə bağlı razı salmağa çalışır.
Evdəki kişilərdən hansı daha çalışqandırsa, ailənin xeyirinə işləyirsə, o daha çox şans qazanır. Əgər ər ailənin ümumi mənfəətinin qayğısına qalmırsa, arvad hətta onu evdən qova bilər.
Tibet qızları özlərinin eşq sərgüzəştləriylə fəxr edirlər. Çünki sevgililəri onlara tez-tez xüsusi sikkələr hədiyyə edirlər. Bundan hazırlanan boyunbağı xanımın müvəffəqiyyətinin ölçüsü hesab edilir. Qadının nə qədər daha çox sikkəsi olsa, o qədər qibtə oyadan gəlin sayılır./