Bu pozulma vaxtında müalicə olunmadıqda tam əlilliyə səbəb olur

Bu pozulma vaxtında müalicə olunmadıqda tam əlilliyə səbəb olur


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bu pozulma vaxtında müalicə olunmadıqda tam əlilliyə səbəb olur

Bu pozulma vaxtında müalicə olunmadıqda tam əlilliyə səbəb olur
Yenidoğulmuşlar üzərində aparılan ilk müayinə zamanı bəzi hallarda uşağın ayaq büküklərin assimetriya, birinin digərinə nisbətən bir qədər qısa olması, budların yanlara doğru kifayət qədər açılmaması, pəncənin bayıra tərəf meyillənməsi həkimin diqqətini çəkir.

Bunlar bud–çanaq oynağının displaziyası və ya çıxıqların əlamətləri ola bilər.

"Bu, sümük-əzələ sistemi xəstəliyidir. Bud-çanaq oynağı sümük-əzələ sistemi xəstəliyidir. Bu xəstəlik özünü oynağı əmələ gətirən bud başı və qalça yuvası arasındakı normal əlaqənin pozulması və oynağın inkişaf etməməsi şəklində büruzə verir. Belə ki, bud sümüyü başının inkişafı zəifləyir və nəticədə o, düzgün yerləşmir. Müvafiq olaraq da əzələlərin uzanması, böyüməsi və inkişafı geriləyir. Xəstəlik zamanında aşkar edilib, müalicə olunmadıqda uşaq adətən gec gəzməyə başlayır və ya gəzdikdə yeriməsində pozuntular yaranır. Bu isə öz növbəsində onurğanın fizioloji əyriliklərinin düzgün inkişaf etməməsinə səbəb olur. Nəticədə skolioz meydana çıxır. Bud-çanaq oynağının çıxıq və displaziyasının səbəbləri hələ tam məlum deyil. Bunun səbəbi doğuşun düzgün aparılmaması ilə əlaqələndirilir. Lakin burada genetika, doğuşda sağrı gəlişi, dölün çəkisinin çox olması, anada hamiləlik zamanı yaranan hormonal dəyişikliklər və ya ginekoloji xəstəliklər kimi problemlər də rol oynaya bilər. Statiskaya görə, bu xəstəliyə qız uşaqları arasında daha çox rast gəlinir. Xüsusilə ölkəmizin cənub bölgəsində xəstəliyə oğlanlara nisbətən qızlarda 6 dəfə daha çox rast gəlinir.

Müayinə zamanı uşaqda patologiya aşkar olunduqda pediatr diaqnozun təsdiqlənməsi üçün onu rentgen və USM müayinəsinə yönləndirməlidir. Risk qrupuna daxil olan uşaqların isə ortoped müayinəsindən keçmələri mütləqdir. Valideynlərin bu zaman daha diqqətli olmalıdılar. Uşağın 3 həftəlikdə 6 aylığına qədər olan yaş dövründə ultrasəs müayinəsi ilə bud-çanaq çıxıqlarını müəyyənləşdirmək mümkündür. Altı aydan sonra sümüyün formalaşması səbəbindən bu üsulla diaqnoz qoymaq çətinləşir, digər müayinələrə müraciət edilir. Bu müayinə əsasən yeməkdən təxminən 40 dəqiqə sonra olunur. Bir yaşdan sonra artıq sümükləşmə gedir ki, bu zaman da yalnız bud-çanaq oynağında rentgenoloji müayinə üsulundan istifadə olunur.

Onu da qeyd edim ki, vaxtında aşkar edilib müalicə olunmadığı hallarda, çıxıq gələcəkdə tam əlilliyə səbəb ola bilər".

Dostlarınla Paylaş

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023