Bu qidalar ana südünü artırır – SİYAHI

Bu qidalar ana südünü artırır – SİYAHI


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bu qidalar ana südünü artırır – SİYAHI

Bu qidalar ana südünü artırır – SİYAHI
Məlumdur ki, südəmər uşaqlar ana südü ilə qidalanır. Ana südündə olan maddələr körpəni yolxucu xəstəliklərdən qoruyur. Bəzi analarda südün azalması müşahidə olunur ki, bu da uşağın yaxşı doymamasına gətirib çıxarır. Südün azalmasının səbəbi əsəb, stress və yuxusuzluqdur.

Yenicə ana olan qadınlar normal təbii qidalar qəbul etməli, gün ərzində 2 litr maye, protein (ət, balıq, toyuq) yeməli, bol meyvə və tebii meyvə şirəsi içməli, sulu yeməklər, pomidor şirəsi, zeytun yağı, günlük kalsiumu qatıq məhsullarından istifadə etməlidirlər.

Süd verən analara acı qidalar, siqaret, qəhvə, çay və alkoqollu içkilər qəbul etmək qəti şəkildə qadağandır.

Xalq təbabətində bir sıra təbii vasitələrdən istifadə etməklə ana südünü artırmaq olar. Onlar aşağıdakılardır:

– Razyana dəmləməsi

– Şüyüd toxumu dəmləməsi

– Yemişan suyu (aptekde satılır) səhər-axşam yeməkdən əvvəl 10 damcı, 1 st. suya damızdırılır

– Kəmşirin heyva kompotu

– Buğda qovurması

– Əncir mürəbbəsi

– Balla qarışdırılmış qaraçörək otu

– Fındıq yağı, səhər-axşam 1ç.q.

– Ayran, südlü yeməklər

– Meyvə şirəsi

– Qırmızı soğan mürəbbəsi. (soğan 1kq və şəkər 1kq mürüəbbə bişir). Südlə bərabər, qanı da artırır.

– 2 kök və 100 qr. smetan. Günorta yeməyində istifadə olunmalıdır.

– 100 qr. kök şirəsi (iliq) və 1 x.q. bal (yeməkdən qabaq).

– 1 st. suya 1x.q.üyüdülmüş fındıq ləpəsi ilə qarışdırılır. 2 yerə bölünür. (səhər-axşam yeməkdən əvvəl).

Bəzi qidar da var ki, onlar ana südünü azaldır. Onlara aşağıdakılar aiddir:

– Ada çayı dəmləməsi

– Nanə (mentol)

– Kəklikotu dəmləməsi

– Cəfəri

– Quzuqulağı

Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023