Bu qidalar seksdə ehtirası və həzzi dəhşətli dərəcədə artırır

Bu qidalar seksdə ehtirası və həzzi dəhşətli dərəcədə artırır


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bu qidalar seksdə ehtirası və həzzi dəhşətli dərəcədə artırır

Bu qidalar seksdə ehtirası və həzzi dəhşətli dərəcədə artırır
Bu qidalar seksdə ehtirası və həzzi dəhşətli dərəcədə artırır

Bu qidalardan mütəmadi olaraq istifadə etdikdə seks zamanı daha çox həzz almaq və daha ehtiraslı olmaq mümkündür.

Aparılan son araşdırmalar göstərib ki, bəzi vitamin və minerallar hormon səviyyəsini yüksəltməyə, həssaslıq hissini və ehtirası artırmağa kömək edir.

Çiyələk

Çiyələk təbii antioksidant mənbəyidir. Qan dövranını sürətləndirir. Bu da özünüzü daha enerjili hiss etməyizə səbəb olur.

Ət

Qırmızı ətin tərkibindəki maddələr seks istəyini azaldan prolaktin adlı hormonun istehsalına maneə olur. Odur ki, qırmızı ət yeyərək ehtirasın pik nöqtəsinə qalxa bilərsiniz. Amma ət sevməyənlər də kədərlənməsinlər. Çünki qəhvəyi düyü, yaşıl tərəvəzlər, pendir kimi qidalar da ətlə eyni təsirə malikdir.

Yumurta

B6 vitamini ilə zəngin olan yumurta bədənin hormon tarazlığını nizamlayır. Həmçinin stress hissini azaldır. Stressdən xilas olmaq və rahatlaşmaq mükəmməl bir cinsi həyat üçün çox önəmlidir. Əgər yumurta yeməkdən xoşunuz gəlmirsə, tərkibində bol miqdarda B6 vitamini olan digər qidaları (ispanaq, göy noxud, kök, günəbaxan tumu, balıq) qida rasionunuza daxil edə bilərsiniz.

Şokolad

Qadınların böyük əksəriyyətinin vaz keçilməz qidası olan şokolad da seks istəyini artırır. Xüsusilə də tünd şokoladın tərkibində olan "methylxanthine" adlı maddə seks zamanı alacağınız həzzi artırır. Şokoladın tərkibindəki bir digər maddə - "phenylethyamine" isə daha asan aşiq olmağınıza səbəb olur.

Sarımsaq

Sekslə məşğul olmağı planlaşdıranların çoxu həmin günü sarımsaq yeməməyə çalışır. Ancaq mütəxəssislər bunun tam əksini deyirlər. Belə ki, sarımsağın bədənin qan dövranını sürətləndirdiyini bildirən tədqiqatçılar hər gün 1-2 diş sarımsaq yeməyi tövsiyə edirlər. Sarımsağın qoxusunu azaltmaq üçün onu bir müddət südün içində saxlamaq lazımdır.

Dostlarınla Paylaş

Saytda 202 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024