Bu üsullarla istədiyiniz kişini əldə edə bilərsiz

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bu üsullarla istədiyiniz kişini əldə edə bilərsiz

Bu üsullarla istədiyiniz kişini əldə edə bilərsiz
Bu üsullarla istədiyiniz kişini əldə edə bilərsiz

Hərəkətlərinizin bədən dilində nə mənanı verdiyini bilsəniz, qarşınızdakı adama çatmanız, özünüzü ifadə etməniz daha çox asan ola bilər.

Bədən dilinizi istifadə edərək və özünüzü doğru ifadə edərək, bəyəndiyiniz kişinin diqqətini çox asanlıqla çəkə bilərsiniz…

Həyəcanlı bir macəramı axtarırsınız? Yoxsa istədiyiniz ciddi bir əlaqəmi? İstədiyiniz necə bir əlaqə olursa olsun bir həqiqət var. Əvvəl o kişini əldə etməlisiniz. Əks cinsin nümayəndəsi ilə sözlü ünsiyyətə keçməzdən əvvəl bədən dilimizlə ünsiyyətə keçirik.

Yüngülcə gülümsəyin

Gözlərinizi yüngülcə qısaraq onu başdan aşağı süzün. Əgər xarici görünüşü xoşunuza gəlirsə təkrar göz təması qurun və mütləq gülümsəyin. Amma gözlərinizi tamamilə üzərinə fokuslamayın, daha romantik və ciddi bir ifadəylə baxın. Baxışlarınızı arada qaçırın, sonra yenə göz gözə gəlin. Elmi araşdırmalara görə çox uzun baxışlar narahat edici təsir yaradır. Qaş düzəldim deyərkən göz çıxarmayın.

Qarşınızdakı adam bir neçə saniyə içində daha dik dayanmağa, baxışlarınıza və gülümsəmənizə cavab verməyə başlayırsa, onu ovuclarınızın içinə almağa başladınız deməkdir.

Göz təması qurun

İlk baxış çox əhəmiyyətlidir. Qarşınızdakı adamın gözlərinə fokuslanın və bir neçə ürək atışı boyunca gözlərinizi çəkməyin. Çiyinlərinizi dikləşdirin, sinənizi ön plana çıxarın. Başınızı xoşlandığınız adama doğru yüngülcə çevirin.
Fərqinə varmadan qarşınızdakı adam boynunu sizə doğru çevirər, çiyinlərini dikləşdirər və başını yüngülcə önə əysə doğru yoldasınız deməkdir.

Aranızda məsafə saxlayın

Yoldaşlarınızla birlikdə olduğunuz bir mühitdə, biriylə yaxınlaşmağa çalışacaqsınızsa, yoldaşlarınızla aranıza bir az məsafə qoyun. Yoldaş qrupu içərisində dəlicə əylənən, gurultulu qəhqəhələr atan qadınlar kişiləri qorxudur. Tək başınıza tualetə ya da nəsə almağa gedin . Beləcə baş-başa danışmaq şansı ola bilər.

İlk addımı atın

Kişilər başlanğıcda bizim düşündüyümüz qədər detallı və dərin analiz etmir. Psixoloqlar ilk addımda, kişinin tamamilə qadının özünə olan marağına fokuslandığını söyləyir. Şişirdilmiş bir girişə ehtiyac yoxdur, istiləşmə dövrlərini tamamladıqdan sonra bütün şirinliyinizlə bir "salam" demənizdən daha gözəl və doğru bir başlanğıc ola bilməz.

Səs tonunuza diqqət edin

Daha cazibədar bir səs tonu üçün asta-asta danışın. Bir neçə saniyə gözlərinizi qaçırmadan qarşınızdakı kişinin gözlərinin içinə baxın. Cəsarət vermək üçün gülümsəyin. Aranızdakı buzları
qırdıqdan sonra hər şeyi axışına buraxın. Hər nə qədər sizə o təslim oldusa da, sizi tovlayan oymuş kimi davranın, özünü zəfər qazanmış hiss etməsinə icazə verin.

Görüş gününü təyin edin

Qarşınızdakı kişidən çox xoşlandınızmı? O zaman bu, yenidən görüşmək istədiyiniz mənasını verər. Dərhal bir görüş nizamlamalısınız. Əgər sizin ortaya qoyduğunuz görüşmə fürsətinin üstünə getmədisə, sizinlə eyni fikirdə olmadığı nəticəsini çıxara bilərsiniz.

Fiziki yaxınlıq qurun

Maraq duyduğunuz adama fiziki olaraq da yaxınlıq təmin etməyə çalışın. Təbii ki, şişirtməmək şərtiylə. Yanına 50 santimetrdən daha çox yaxınlaşmanıza icazə verirsə qazandınız deməkdir!
Çünki beləcə bir insanın özünü xoşlanmadığı insanlardan qorumaq üçün hördüyü divarı keçmiş olursunuz.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Free Downloader, hd video download, whatsapp plus, instagram plus, youtube plus, online free play, sexy girl, Burcler Haqqında, olum unvanları, Menfi cehetler, Burce gore sevgi, Burce gore seks, Burc-il yoxla, Hansı gun doġuldun?, Qoc Burcu, Buğa Burcu, Əkizlər Burcu, Xərcəng Burcu, Şir Burcu, Qız Burcu, Tərəzi Burcu, Eqrəb Burcu, Oxatan Burcu, Oğlaq Burcu, Dolca Burcu, Balıqlar Burcu

Saytda 166 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021