Bütün subay müsəlman qızlarına həsr olunur

Bütün subay müsəlman qızlarına həsr olunur


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Bütün subay müsəlman qızlarına həsr olunur

Bütün subay müsəlman qızlarına həsr olunur
Bu məqaləni müəyyən yaşa çatmış, qohum və tanışlarının ailə qurmaq kimi suallarından təngə gəlmiş bütün gənc qızlara həsr etmək istəyirəm.

Əksər qızlar bu vəziyyətdə olurlar: ətrafdakı insanların təzyiqi, " vaxt gedir, sənə ailə qurmaq şansını itirəcəksən" kimi ifadələr və s. Ətrafdakı insanlar həmin qızları anlamaq istəmirlər. Onlar düşünürlər ki, sən nə istədiyini bilmirsən, çox seçim edirsən, heç kim xoşuna gəlmir. Amma anlamaq istəmirlər ki, qəlb özünə yaxın və doğma olan"həmin adamı" tələb edir.

Bu məqalə belə vəziyyətlə üz-üzə qalan hər bir qız üçündür. Mən sizə Allahın Rəsulunun (s) xanımı Həzrəti Xədicə bint Hüveylidi nümunə gətirmək istəyirəm.

Həzrəti Xədicə də büzim dövrümüzə oxşar bir zamanda, yəni kişilərin qadınları qiymətləndimədiyi bir zamanda yaşayıb. İki dəfə ailə quran Xədicə, evləndiyi adamların ölümündən sonra ona ərə getmək üçün edilən bütün təkliflərdən imtina edib. O, hətta öz dövrünün ən varlı və ən hörmətli elçilərinə də yox cavabı verib. Məkkə xalqı Xədicənin ürəyinə kimin yatacağını maraqla gözləyirdi. O, Allahın iradəsi ilə ona olunan bütün evlilik təkliflərindən imtina edir və onun üçün təyin olunmuş, eyni zamanda bütün insanların ən mükəmməlinə - Həzrəti Mühəmmədə (s) ərə gedir.

Qızalr Xədicənin nümunəsindən ruhlanmalıdırlar. O, öz qiymətini bilən ağıllı və gözüaçıq qadın idi. O, qorxudan və ya ruh düşkünlüyündən ona olunan ilk təklifləri qəbul etməyib. Allah Xədicənin qəlbini onun həyatına Həzrəti Mühəmməd(s) gələnə qədər qoruyub.

Biz bu sözləri çox eşidirik: heç kim səninlə evlənməyəcək, çünki sən çox yaşlısan. Çünki sən köksən, boşanmısan, uşaqla boşanmısan, hicab taxırsan və yaxud da hicab taxmırsan. Bu siyahını sonsuza qədər artırmaq olar. Bütün bunlar insanların cəhalətidir, çünki Yaradan sizin hansı yaşda ailə quracağını özü müəyyən edib. Sizcə, sizi qəlbinizi yaradandan yaxşı kim tanıya bilər?

Heç kimə sizi daxili nurunuzdan məhrum etməyə və ruh düşkünlüyünə salmağa icazə verməyin. Siz Yaradana inanmağın gözəlliyi ilə nur saçırsınız. Unutmayın ki, biz Onun üçün və Onun razılığını əldə etmək üçün yaranmışıq. Əgər sizi qorxuya salan nə isə varsa mütləq Yaradana üz tütün. O, bilir, eşidir və həmişə yanınızdadır.

Həmişə müsbət əhval-ruhiyyədə olun. Daxilinizdə müsbət aləm yaradın. Heç kim sizin icazəniz olmadan sizi natamam hiss etməyə məcbur edə bilməz. Siz olduğunuz kimi də gözəlsiniz və sizə sizi tamamlayacaq insan lazımdır. Necə deyərlər, ac insanlar- ən pis alıcılardır. Ümidiniz itirməyin, çünki Allah ən yaxşısını arzulayır.
Özünüzə şəxşi ləyaqət hissini aşılayın, Yaradanla öz münasibətlərinizi möhkəmləndirin, Ondan sizin üçün ən xeyirli olanları nəsib etməsini xahiş edin və yadda saxlayın ki, siz Allahın himayəsi altındasınız.

"Həmin adamla" nigah – Cənnətin yer üzərindəki bir parçasıdır. Allahın yein və göylərin sahibi olması və heç nəyin Onun üçün imkansız olmamasını düşünərək sakitlik tapın. Ən gizli ümidlərinizi Allahın mərhəmətinə bağlayın. O, heç vaxt sizin ümidlərinizi boşa çıxartmayacaq.

Sayda Hayat

Dostlarınla Paylaş

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024