Cinsi əlaqə zamanı bu əlamətlər stressə səbəb olur

Cinsi əlaqə zamanı bu əlamətlər stressə səbəb olur


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Cinsi əlaqə zamanı bu əlamətlər stressə səbəb olur

Cinsi əlaqə zamanı bu əlamətlər stressə səbəb olur
Daimi və xoşbəxt bir seks həyatının ruh və bədən sağlamlığı baxımından nə qədər faydalı olduğu hamıya məlumdur. Ən əhəmiyyətlisi isə odur ki, cütlüklər sevişərkən stress atır, zövq alır və verirlər. Halbuki bəzən ən həyəcanlı anlarda kiçik çətinliklər və komplekslər zövq almağa maneə törədərək stressə salır. Stress qaynaqları və bunlardan xilas olmağın yollarını təqdim edirik:

"Aman Allah, məni çılpaq görəcək" qorxusu
Həqiqətən də əlaqənin başlanğıcında qadınların çılpaq bədənlərini partnyorlarına göstərməyi asan olmaya bilər. Cütlüklər bir-birlərini tanımağa başlayarkən qadınların çılpaq görünməkdən çəkinmələri gərginlik yarada bilər. Sevişərkən ağlınızda sizi narahat edən selülitləriniz, bir gecə əvvəl yediyiniz şirniyyatın qarın bölgənizdə yaratdığı qabarıqlığın verdiyi çətinlik sevişərkən aldığınız və verdiyiniz zövqə mənfi təsir edə bilər. Məsələn, sinələrinizin sallanan olduğunu düşündüyünüz üçün büstqalterinizi çıxarmadan sevişməkdə israr etməyiniz partnyorunuzu əsəbləşdirdiyi qədər seksin sehrini də poza bilər. Qadınların cinsi arzuları üzərinə bir kitab yazan Fransız seksoloq Ghislaine Paris, yataqda partnyorlarının baxışının qadınları qətiliklə stressə saldığını bildirir. Amma geyimli olaraq sevişməyəcəyinizə görə, çılpaq görünmə stresindən bir an əvvəl xilas olmağınızda fayda var.

Vəziyyətdən çıxış yolu nədir?
Əvvəlcə heç bir kişinin sevişərkən selülitləriniz, ya da qarnınızla maraqlanmağını ağlınızdan çıxarmamağa çalışın. Əgər maraqlanırsa və yataqda sizə pəhriz üsulları haqqında məlumat verirsə, əlaqənizi nəzərdən keçirin. Kimsə qüsursuz deyildir. Bir kişi fiziki görünüşünüz üçün sizinlə birlikdə olursa, ən qısa zamanda ondan xilas olmalısınız. Qısaca, bəzi istisnalar xaricində kişilər sevişərkən bədəninizin xüsusiyyətləri ilə əsla maraqlanmazlar. Onlar üçün əhəmiyyətli olan alacaqları və verəcəkləri zövqdür. Gözünüzdə böyütdüyünüz bəzi fiziki qüsurlarınızı əslində yalnız siz görürsünüz. Çılpaqlıqdan və fiziki görünüşünüzdən əsla çəkinməyin.

"Aman Allah, birdən hamilə qalaram" qorxusu
Cinsi əlaqə zamanı bu əlamətlər stressə səbəb olur
Hamilə qalma qorxusu qorunmayan hər qadının sevişərkən ən böyük stress qaynaqlarından biridir. Partnyorunuzla isti anlar yaşayarkən başınızda bu mövzuyla əlaqədar sual işarələri meydana çıxması kefinizi poza bilər və sizi seksdən asanca soyudar. Xüsusilə partnyorunuz zövq almağa maneə törətdiyini düşündüyü üçün prezervatifdən imtina edirsə, siz də çarəni gün sayma ya da geri çəkilmə kimi təsirsiz və riskli doğum nəzarət üsullarında tapa bilərsiniz. Bu vəziyyətdə hamilə qalma stressi əsla sizi tərk etməyəcək! Hər seks seansında bu qorxunu hiss etməyiniz, partnyorunuzun hər hərəkətini nəzarət altına almaq istəməyiniz və bu səbəbdən təbiilikdən uzaqlaşıb gərgin davranışlarınız hətta partnyorunuza qarşı gizli bir hirs yaratmağınıza belə yol aça bilər. Eyni zamanda sevişərkən partnyorunuza bu mövzuda müxtəlif xəbərdarlıqlarda olmağınız da onu sıxıb əsəbiləşdirə bilər.

Vəziyyətdən çıxış yolu nədir?
Əvvəlcə partnyorunuzu prezervativdən istifadə üçün razı etməlisiniz. Prezervativ, başda AİDS olmaqla cinsi yolla bulaşan xəstəliklərdən də qoruyan, etibarlılıq nisbəti yüzdə 97 olan, üstəlik market və əczaxanalarda reseptsiz satılan bir doğum idarə üsuludur. Həmçinin spiraldan da həkiminiz nəzarəti altında istifadə edə bilərsiniz.

Dostlarınla Paylaş

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024