Cinsi əlaqəyə girən hər kəsin başına gələ biləcək xəstəliklər

Cinsi əlaqəyə girən hər kəsin başına gələ biləcək xəstəliklər


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Cinsi əlaqəyə girən hər kəsin başına gələ biləcək xəstəliklər

Cinsi əlaqəyə girən hər kəsin başına gələ biləcək xəstəliklər
Bu baxımdan qadınlar daha çox şanssızdırlar.

Dünyada bir çox insan cinsi yolla keçən xəstəliklərə yoluxur. Hətta 1 gün ərzində 1 milyon insanın cinsi yolla keçən infeksiyalara yoluxduğu təxmin edilir. Xüsusilə də, qadınlar bu xəstəliklərə daha asanlıqla yoluxur.

Cinsi yolla keçən bir sıra xəstəliklər var.

"Plos One" dərgisinin araşdırmalarına görə ildə 357 milyan adam klamidya, gonore (bel soyuqluğu), sifiliz kimi infeksion xəstəliklərdən birinə yoluxur.
Klamidya, gonore HPV (Human Palipoma Virus), hepatit B və genital herpes kimi bəzi cinsi yolla yoluxan xəstəliklər adətən, heç bir əlamətlə özünü göstərmir. Bu səbəbdən, diqanoz qoyulması və müalicə olduqca çətin olur.

Gənclər təhlükə altındadır.

Cinsi yolla keçən xəstəliklərə əsasən gənclər və yeniyetmələr yoluxur. Bu infeksiyalara yoluxduqlarını hiss etməyən insanlar yaş keçdikcə daha ciddi sağlamlıq problemləri ilə üzləşirlər.

Qadınlar, diqqətli olun!

Bu məsələdə qadınlar kişilərə nisbətən daha şanssızdırlar. Onlar infeksiyalara asanlıqla yoluxurlar. Bunun səbəbi bioloji cəhətdən fərqli olmalarıdır. Ona görə də qadınlar daha çox diqqətli olmalıdırlar. Əgər diqqətsizlik etsələr bu uşaqlığın iltihablanması və sonsuzluq kimi problemlərə yol aça bilər.

Qorunmadan cinsi əlaqəyə girmək təhlükəlidir.

Cinsi yolla keçən xəstəliklərdən müdafiə olunmaq üçün qoruyucu vasitələrdən- kondomlardan istifadə edilməlidir. Kondom istifadə etmədən cinsi əlaqəyə girmək xəstəliklərə yoluxma riskini artırır.

Bunlara əməl etməyə çalışın!

Birdən çox cinsi partnyorunuz olmamalıdır.

Cinsi partnyorlarınızı tez-tez dəyişməyin.

Son bir ildə cinsi yolla keçən xəstəliyə yoluxmusunuzsa, müayinə olunmadan cinsi əlaqəyə girməyin.

Tanımadığınız insanlara intim münasibətlərdə olmayın.

Qadın cinsi orqanları üçün quruducu maddələrdən istifadə etməyin.

Dostlarınla Paylaş

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023