![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Cinsi mövzularda məlumatı az olan bir cəmiyyət olmamız danılmaz bir faktdır. Ətrafdan alınan yalnış ya da az informasiyadan qaynaqlanan bir çox cinsi problemlər var,ancaq bunlardan ilk gecə qorxusu bəzən xəstəlik səviyyəsinə gəlib çatır.
Bu da ər və arvad arasındakı münasibətin bir müddət sonra pozulmasına gətirib çıxarır. Lakin bəzən 5-6 il bu vəziyyətdə yaşayan ailələrə rast gəlinir. Bunlar bir müddət sonra cinsi əlaqədən imtina edib, sadəcə ön sevişmənin orqazmı ilə kifayətlənirlər.
Bu problem ilk cinsi əlaqə vaxtı ortaya çıxa bildiyi kimi uzun illərdən sonra da yaşana bilər. Bəzən bir partnyorla yaşandıqı halda digəri ilə görünməyə bilər. Təməlində isə yalnış maariflənmə dayanır.Bu qorxular içində qızlıq pərdəsinin açılması zamanı həddən artıq ağrıların olması,cinsi əlaqənin çox ağrılı olması və doğuşun çox qorxulu olması kimi söhbətlər də var.
21 ci əsrdə , informasiya və texnologiya erasında yaşadıqımız bir vaxtda "hələ də bu cür xəstəlik var?"deməyin. Çox yayılan və ailələrin xəstəlik kimi qəbul etməyib yaşadıqları bir xəstəlikdir.
Vaginizm xəstəliyinin müalicəsi cinsi məlumatların yenidən gözdən keçirilib, az ya düz olmayanların düzəldilməsi, verilən bəzi tapşırıqların olunması,və qorxunun xüsusi psixoterapiya metodları ilə aradan qaldırılmasına əsaslanır.