Cinsi gücü və ehtirası artıran qidalar - SİYAHI

Cinsi gücü və ehtirası artıran qidalar - SİYAHI


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Cinsi gücü və ehtirası artıran qidalar - SİYAHI

Cinsi gücü və ehtirası artıran qidalar - SİYAHI
Cinsi gücü və ehtirası artıran qidalar:

1.Üzüm: Üzümün çəyirdəyindəki quersetin, qan istehsalına kömək edir və damarların sağlamlığını qoruyaraq cinsi orqanlara qan axınına müsbət təsir edir.

Bal: Balla zəncəfil, polen, darçın kimi müxtəlif ədviyyatların qarışığından güclü afrodizyak alınaraq istifadə edilir. Tərkibindəki bor maddələri qadınlarda estrogen, kişilərdə testosteron hormonunu sabitləyərək cinsi istəyi artırır.

Avokado: Avokadonun tərkibindəki yüksək miqdarda kalium, B, E, K vitamini və qanda xolesterol səviyyəsini aşağı salan təsiri ilə cinsi orqanlarda qan axınını asanlaşdırır.

Banan: Kalori nisbəti yüksək olmasına baxmayaraq xolestrol tərkibi olmayan banan əzələləri gücləndirir, enerji verir və cinsi gücü artıran xüsusiyyətə malikdir.

Reyhan: Reyhan qan dövranını sürətləndirən xüsusiyyətə malik afrodizyak olaraq məlumdur.

Hil: Hil yüksək cineol (CH) tərkibi sayəsində qan axınını artırır.

Şokolad: Şokoladın tərkibindəki feniletilamin və seroton "yaxşı hiss etdirən" bir təsirə malikdir. Bu kimyəvi maddələr insan bədənində təbii olaraq var və xoşbəxtlik hormonları kimi tanınır. Bunlara əlavə olaraq şokoladdakı anandamid adlı maddə beyində marixuanaya oxşar təsirə malikdir. Marixuana kimi "uçurtmaq" gücü olmasa da feniletilamin və seroton xoşbəxtlik hissini artırmağa bəs edir.

Badam: Karbohidrat, doymamış yağ, lif, fosfor, kalsium, dəmir, maqnezium, sink, kalium, A, B, C, E vitamin tərkibli olan badam bir çox faydaları ilə yanaşı, cinsi gücü də artırır.

Cinsi gücü artıran digər qidalar sırasında sarımsaq, darçın, kök, əncir, nar, heyva, keşniş, vanil, kərəvəz, yumurta, fındıq, qarpız, çiyələk, soya, yulaf da var.

Dostlarınla Paylaş

Saytda 203 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024