Cinsi istəksizliyə səbəb nələrdir? | Tatli.Biz
Cinsi istəksizliyə səbəb nələrdir?
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Cinsi istəksizliyə səbəb nələrdir?

Cinsi istəksizliyə səbəb nələrdir?
Cinsi istəksizliyin və cinsi problemlərin altında yatan ana səbəb cinsəlliklə əlaqədar şüuraltı düşüncələrdir.

Əvvəlcə şüuraltında cinsəlliklə əlaqədar səhv nələr var onlara bir baxaq:

1-Eyib:
"Cinsellik; ədəbsizlik, utanılacaq bir şeydir "düşüncəsi. "Ədəb ilahi hüduda riayət etməkdir."

Cinsi həyatın ayıb olaraq görülməsi, ər-arvad arasında bir çox problemə səbəb olmaqdadır. Xüsusilə ailə böyükləri ilə oturanlar, ziyarətə gedənlər ya da uşağı böyüyənlər üçün.

Xüsusilə qadınlar cinsəlliyi ayıb olaraq görürlər və cinsəllik sonrası qüsl alarkən fərq edilmə ehtimalına qarşı yoldaşlarını "uşaq yatmadı, anangil başa düşər" kimi səbəblərlə rədd edə bilirlər. Cinsəlliyin bir məhrəmiyyət tərəfi əlbəttə var, qalxıb ətrafa səs salaraq qüsl aldığınızı aləmə elan etmək lazım deyil; lakin müəyyən bir ölçüdə diqqət etdikdən sonra əgər anlaşılmışsa da problem etməmək lazımdır. Hələ bunun üçün həyat yoldaşını rədd etmək ilahi hüdudu önünə almaq deməkdir. Çünki Quranda yazılıb ki,

"Bir kişi arvadını yatağına çağırarsa arvadı gəlməzsə və kişi ona incik olaraq yatarsa, mələklər o qadına səhərə qədər lənət edərlər."

"Bir ər arvadına ehtiyac duyub da onu yanına çağırdığında qadın yemək hazılamaqda belə olsa, dərhal ərinin yanına gəlsin."

Allah ər-arvad arasında cinsəlliyin nə qədər əhəmiyyətli olduğunu və evliliyi necə dərindən təsir edəcəyini yaxşı bildiyi üçün, bu mövzuda xüsusilə xanımları xəbərdar edib.

Peyğəmbərimiz qadına ərini rədd etməsini, kişiyə də arvadını məmnun etmədən yataqdan ayrılmağı qadağan edib.

Bu mövzuda diqqət edilməsi lazım olan şey ər-arvadın öz xüsusi yaşadıqlarını, yoldaşları ilə əlaqədar xüsusi məlumatları ən yaxınlarına belə izah etmələri qadağan, haramdır.

2-Çirk:
Cinsi orqanların və cinsi mayelərin iyrənc olduğu ilə əlaqədar inanc. Nə cinsi orqanlar pislik yeridir, nə də cinsi mayelər murdardır. İki tərəfdə də cinsi bir xəstəlik yoxdursa problem olmaz. Cinsi orqanlar; əl ayaq kimi təmiz olduqda təmizdir. Cinsəllikdə pis olan zinadır.

3- Günah: Kişi cinsəlliyin günah olmadığını bildiyi halda şüuraltı bir şəkildə "günah" deyə qəbul etmişdirsə cinsi əlaqədən çəkinə bilər, ya da sonra vicdan əzabı çəkə bilər.
Kişilərdə də günah düşüncəsi xüsusilə yetkinlik dövründə gördüyü cinsi məzmunlu yuxular səbəbi ilə günahkarlıq duyğusuna və "günahkar olmasam belə yuxular görməzdim" kimi vəsvəsələrə səbəb ola bilir. Bu yuxuların görülməsinin normal olduğu anlatılmazsa yeniyetmələin psixologiyası pozula bilər.

4-Qorxu: Evlilikdən əvvəl gənc qızlarda cinsilik qorxusu çox var. Namuslarını qorusunlar deyə ana ya da yaxın qohumları tərəfindən qorxudularaq böyüdülən qızlar cinsi qorxular yaşayırlar.

Bir də günümüzün problemi olaraq inkişaf edən cinsi qorxular var: Cinsiliyi pornolardan qəribə və qorxuducu səhnələr izləyərək öyrənən qızlarda ciddi bir cinsi əlaqə qorxusu olur. Sırf bu qorxu üzündən evlənməkdən qaçdıqları da müşahidə olunur.

Cinsi qorxuları olduğu halda evlənənlərin bir qisimi də toy əvvəli nişanlılarından bunun üçün müddət istəyirlər.

Cinsi qorxular qadında bir ömür boyu davam edəcək cinsi istəksizliyə səbəb ola bilir. Qadın hər əlaqə də birlikdəliyə mane olmayan, lakin özünə ağrı edən sıxılmalar yaşaya bilir.

Evlənəcək olan gənc qızların əvvəlcə bunu bilmələri lazımdır ki, qadın qorxmadığı və özünü sıxmadığı təqdirdə ən kiçik bir acı belə yoxdur.

5-Etibarsızlıq:
"Mən cinsi əlaqəni düzgün yaşamağı bacarmaram" düşüncəsi də əhəmiyyətli bir problemdir. Qadın bədənini bəyənmədiyi üçün cinsilik yaşamaqdan qaça bilər. Kişilər də ya başqa kişilərin izah edərək şişirdilmiş hekayələrdən, pornodan ya da cinsi məhsullar satmaq üçün edilən reklamlardan təsirləndikləri üçün etibarsızlıq problemi yaşaya bilirlər. Reklamçılar əvvəl məhsulların vacibliyini izah edib, kişinin əhvalını pozub məhsula ehtiyac duymalarını təmin edirlər. Cinsəlliklə əlaqədar doğru məlumat sahibi olan və özünə güvən duyan heç bir kişinin cinsi həblər da daxil cinsi məhsula ehtiyacı olmaz.
Güvən mövzusunda bir də ər-arvad bir-birinin əhvalını poza bilir. Kişi arvadının fiziki xüsusiyyətlərinə lağ etsə, qadın cinsəllikdən soyuyar; qadın kişinin cinsi gücü ilə lağ etsə, kişi cinsi enerjisini itirə bilər. Ər arvad bir-birini nə qədər xoş davranırlarsa, bir-birlərini tərifləyərlərsə əlaqələri o qədər gözəl olar.

Dostlarınla Paylaş

Saytda 54 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022