Cütlüklər toy gecəsi bunları etməlidir

Cütlüklər toy gecəsi bunları etməlidir


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Cütlüklər toy gecəsi bunları etməlidir

Cütlüklər toy gecəsi bunları etməlidir
Evlənən cütlüklərin ən çox çətinliklə qarşılaşdığı mövzulardan biri də zifaf (toy) gecəsidir. Bu mövzuda Peyğəmbərimizin və alimlərimizin verdiyi tövsiyələr bunlardır.

1. Yoldaşınızla birlikdə olmamışdan əvvəl iki rükət namaz qılın
Namazdan sonra özünüz və həyat yoldaşınız üçün dua edin, Allahdan kömək diləyin. "Allahım! Mənə bu gecəki birliyimizdən sonra lütf edəcəyin balamı, yoldaşımla birlikdə məni də şeytandan qoru! " deyə dua edin.

2. Ailə böyükləri də daxil olmaqla gərdəyə girəcəyiniz evdə / yerdə heç kim olmasın.
Tale sizi iki yoldaş olaraq bir arada tutduğu müddətcə ana atanız daxil heç bir insan sizin ər arvad olacağınız bir mühitdə ikən yanınızda olmasın! İlk gecə və ya başqa bir gecə və ya da gündüz nə etdiyinizi bilən bir insan olmamalıdır.

3. Yoldaşınızın həyəcanını məğlub etməsinə köməkçi olun.
Ona şirin sözlər söyləyərək danışın. Əlindən tutun, üzünə qarşı ona dua edin, sizi yoldaş olaraq qəbul etdiyi üçün təşəkkür etdiyinizi söyləyin. O da sizinlə rahat rahat danışana qədər bunu davam etdirin. Beləcə, danışaraq açılma müddəti davam etsin. O da sizə təşəkkür etdiyi və özünün rahat olduğunu söylədiyi zaman xoşbəxtliyinizi açıqlayın, onu xoşbəxt etmək üçün çalışacağınızı söyləyin.

4.Mübahisə və mənasız söhbətlər etməyin.
Anasına atasına dua edin. Toy müddətində kədərlənəcəyi bir vəziyyət oldusa üzr istəyin, halallıq tələb edin. O gecə əsla mübahisəli bir mövzuya girməyin. Toy mühitini maraqlandırmayan fəlsəfi mövzuları açmayın, açmasına icazə verməyin.

5. Yoldaşınızın rahat olub olmadığını anlamağa çalışın
Söhbət etməklə bərabər onda yaxınlaşmağa uyğun bir hava olub olmadığını da izləyin. Əgər ürkdüyünü görürsünüzsə, birlikdə olmağı sabaha ertələməyi söyləyin. Onun həyəcanını normal qarşıladığınızı izah edin.

6. Kişi qadının həyəcanına qarşı anlayışlı olmalıdır
İlk əlaqədə qadın özünü çətin vəziyyətdə hiss edə bilər. İffətli bir qız üçün o an, həyatının ən həyəcanlı və ən ürküdücü anıdır. Kişi mərhəmətli davranmalı, lətif danışmalı, nəzakətli olmalıdır, tələsməməlidir.

7. Ön hazırlığa laqeyd yanaşmayın
Cinsi əlaqədən əvvəl şirin sözlər, əl hərəkətləri kimi iki tərəfi də məmnun edən təəssüratlarla başlamalıdır. Bu ön hazırlıq ən az yarım saat davam etməlidir. Zifaf gecəsində eşq oyunu əhəmiyyətlidir. Eşq oyunu kişinin gəlini həyəcanlandırma taktikası mükəmməl olduğu zaman qadın nə qədər utancaq olsa belə yavaş-yavaş yoldaşına etimadı çoxalmağa və rahatlamağa başlayır. Ondan sonra təslimiyyət duyğusu artır, utancaqlıq yerinə arzu etməyə başlayır. Bir çox gəlini incidən və ürküdən şey yoldaşlarının həmin gecə kobud və anlayışsız davranmalarıdır.

8. Uyğun və halal olan əlaqə və əlaqə versiyalarını əvvəlcədən öyrənin.

9.İstəkli olun.
İki tərəf də istəkli olsa cinsi əlaqə zamanı tərəflər həzz alar, əlaqə ağrısız başa çatar.

10. Yoldaşınız boşalmadan yatağı tərk etməyin
Yoldaşınız boşalmadan yatağı tərk etməyin, o boşalana qədər onunla maraqlanın. Qadınlar əlaqədə daha gec boşaldığı üçün kişinin xanımını buraxıb getməməsi lazımdır.

11.Təşəkkür etməyi unutmayın.
Əlaqəni bitirdikdən sonra yoldaşınıza məmnun qaldığınızı söyləyib ona təşəkkür edin.

13.Allaha dua edin.
Əlaqədən sonra Allaha sizə halal bir əlaqə nəsib etdiyi üçün həmd edin və sizə xeyirli övladlar və yoldaşınızla xeyirli bir ömür verməsi üçün dua edin.

Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024