Dində möhkəm və xoşbəxt ailənin qaydaları

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Dində möhkəm və xoşbəxt ailənin qaydaları

Dində möhkəm və xoşbəxt ailənin qaydaları
Dində möhkəm və xoşbəxt ailənin qaydaları

Ailə elə bir yerdir ki, ərlə-arvad orada ülfət tapar və övlad tərbiyə edər. O qadın və ya kişilərin ki, möhkəm dayağı vardır, fərdi və ictimai həyatlarını gözəl şəkildə başa vura bilirlər.

Daha az ictimai ziyana uğrayırlar və cəmiyyətə sağlam övladlar təhvil verə bilirlər.

Qadın və kişi olmağın öz zərurətləri vardır ki, hər biri ailədə ona riayət etməlidir. Bəs ailədə qadınla kişinin vəzifəsi nədir?

Bunu qeyd etmək lazımdır ki, ailə qurulan ilk gündən qadınla kişinin məsuliyyətləri başlayır. Bir ailənin xoşbəxt olması üçün hər ikisi bu amillərə riayət etsələr, daha hüzurlu və səfalı həyata malik olarlar.

1. Uyğunluq.

Ailə qurmaq dedikdə iki yetkin insanın evlənməsi nəzərdə tutulur. Ailənin möhkəm olması üçün hər iki tərəfin bir-birinə uyğunlaşması şərtdir. Onlar iki müxtəlif şəxsiyyətə malik olmalarına baxmayaraq, gərək hər iki tərəf də bəzi rəftarlarından və adətlərindən əl çəksinlər. Əgər bu yolda səy göstərməzlərsə, xoşbəxt ailə idealı onlardan uzaq olar. Gərək hər iki tərəf qəbul etsin ki, fərqli insanlardır və fərqli cinsə malikdirlər. Hər bir cinsin öz xasiyyət və istəkləri vardır və bu mövzuda çoxlu mütaliə etsinlər. Əgər hər iki tərəf qəbul etsə ki, həm qadın və həm də kişinin nə idrak, nə hiss, nə düşüncə və nə də sevgi anlayışı eyni deyildir, bu zaman qarşı tərəfi anlamağa və qəbul etməyə çalışar. Bir çox sui-zənlərini aradan qaldırar.

2. Gözəl rəftar.

Bir-birinə qarşı gözəl rəftar nümayiş etdirmək hər bir qadınla kişinin vəzifəsidir. Bir qadının və ya kişinin gözəl rəftar nümayiş etdirməsi ürfdən, adətdən və cəmiyyətdən asılıdır. Meyarlar zaman və məkan dəyişdikcə dəyişər. Hər bir halda gözəl rəftar dedikdə o nəzərdə tutulur ki, qadınla kişi bir-birinə qarşı səmimi, mehriban və xoş əxlaqlı olsunlar. Bir-biri ilə mübarizə etməkdən, pis söz deməkdən və digər çirkin xasiyyətlərdən çəkinsinlər. Qarşılıqlı ehtiram, bir-birinə sevgi göstərmək, güzəşt və əfv, məsuliyyəti qəbul etmək - gözəl rəftarın nümunələrindəndir ki, gərək hər iki tərəf buna riayət etsin. İmam Baqir (ə) buyurur: "Sizlərin Allah yanında ən sevimliniz o kəsdir ki, həyat yoldaşına daha çox hörmət edər".

3. Övlad tərbiyəsində həmkarlıq etmək.

Ərlə arvad ailədə rifahı təmin edə bilən tərəflərdir və ona görə də gərək hər ikisi həm ailə işlərində və həm də övlad tərbiyəsində həmkarlıq etsinlər. Övlad tərbiyəsi çox çətin və məsuliyyətli bir işdir. Tək halda onun öhdəsindən gəlmək mümkün deyildir. Uşaqlar adətən həm cismi və həm də ruhi cəhətdən tez zərər görə bilirlər. Rəftarlarının çoxunu böyükləri təqlid edərək öyrənirlər. Ona görə də valideynlər bu mühüm işdə bir-birinə həmkar olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınızı əziz tutun. Yaxşı tərbiyə edin ki, günahlarınız bağışlanılsın".

4. Vəfadarlıq.

Ərlə arvad gərək bir-birinə qarşı vəfadar olsunlar. Ailə bönövrəsini süst edə bilən hər bir rəftardan çəkinməlidirlər. Vəfadarlıq ailə sütununu möhkəmləndirər, hər iki tərəfdə bir-birinə qarşı inam və etimad hissini gücləndirər. Ailədə hüzuru bərpa edər. İmam Əli (ə) buyurur: "Vəfadarlıq ülfətə səbəb olar".

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Saytda 141 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021