Diqqətli olun! Alfonsların toruna düşməyin | Tatli.Biz
Diqqətli olun! Alfonsların toruna düşməyin

Diqqətli olun! Alfonsların toruna düşməyin


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Diqqətli olun! Alfonsların toruna düşməyin

Diqqətli olun! Alfonsların toruna düşməyin
Hər qadın kişi ilə tanış olarkən həmişə ümid edir ki, bu onun inana biləcəyi yeganə kişidir. Təbii ki, qadın sevdiyi insana qayğı göstərir. Bəs partnyorunuzun sizin pul kisənizə göz dikmiş "alfons" olduğunu necə təyin etməli?

Belə peşəkarların sayı artmaq üzrədir, çünki bəzi kişilər bunu bir növ pul qazanıla bilən iş kimi qiymətləndirirlər. Bu yaraşıqlı və ağıllı subyektlər qadın psixologiyasını çox yaxşı bilirlər. "Alfons"un xarici görnüşü onun gözəl davranışları ilə birləşərək onu qüsursuz edir. Onun əsas vəzifəsi sizin rəğbətinizi qazanmaqdır.

Əgər sizdə tərəfdaşınıza qarşı şübhə yaranıbsa, aşağıdakı məqamları analiz edin:

• Birlikdə restorana gedəndə və hesabı ödəməli anda o, tez-tez pul kisəsini evdə unudurmu? O vaxtaşırı sizdən borc götürür və onun fikrincə belə xırda məbləğləri qaytarmağı unudur.

• Tez-tez çoxlu xoşagələn ləqəblərlə sizi çağıraraq qəlbinizi ovsunlamağa çalışır.

• Öz saysız-hesabsız problemlərini sizin köməyinizlə həll etməyə çalışır. Kişi öz əziyyətlərini sözlərlə bəzəyərək danışır və onları həll etmək üçün sizdə rəhm hiss yaradır.

• O sizə sizin ona davrandığınızdan da mehriban davranır. Sadə riyazi gediş nəticəni hesablamağa kömək edir.

Belə tərfdaşın maskasını ona sizin hər hansı bir probleminizi həllində kömək etməsini istəməklə çıxartmaq olar. Və yaxud maddi problemlərinizin olduğunu bildirib bir neçə ay onun hesabına yaşamaq istədiyinizi təklif edin. Ondan xahiş edin ki, sizi dostları, kolleqaları ilə tanış etsin. Bunlar onun haqqında fikirlərinizi müəyyənləşdirməyə kömək edəcək.

Sonra nə edəcəyinizi özünüz həll edin: belə bir kişi sizə lazımdır, yoxsa yox? Bu məsləhətləri rəfiqələrinizlə də bölüşün ki, bəlkə bununla kimisə səhv addım atmaqdan qurtara bilərsiniz.

Dostlarınla Paylaş

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023