Doğuşdan sonra arıqlayan məşhurların sirri

Doğuşdan sonra arıqlayan məşhurların sirri


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Doğuşdan sonra arıqlayan məşhurların sirri

Doğuşdan sonra arıqlayan məşhurların sirri
Doğuşdan sonra arıqlayan məşhurların sirri

Bəzi məşhurlar qısa müddətdə əvvəlki formalarına qayıtmalarının sirlərini bölüşürlər.

Məşhurlar ana olduqdan az müddət sonra yenidən əvvəlki formalarına qayıdırlar. Əlbəttə bu nəticəni əldə etmək üçün onlar xüsusi diyetoloqlar və məşqçilərin köməyindən istifadə edirlər.

Bunlardan biri də məşhur müğənni Qvin Stefanidir. "No Doubt" qrupunun keçmiş solisti, iki oğul anası olan 41 yaşlı müğənni hamiləliyi zamanı tam 20 kq. kökəlib. Ancaq Qvin Stefani yeni pəhriz və məşq proqramı sayəsində doğuşdan az sonra köhnə halından da daha yaxşı bədənə sahib ola bilib: "Əvvəllər kifayət qədər gözəl görünmədiyini düşündüyüm ayaqlarımı və qarnımı gizlədirdim. Amma indi heç bir yerimi göstərməkdən çəkinmirəm. Bunu da böyük bir əzmlə etdiyim pəhriz və məşq proqramıma borcluyam".
Müğənni balıq və tərəvəzlərə üstünlük verir. Əsla karbohidratlarla (makaron, çörək, xəmir yeməkləri) zülalları (ət, yumurta və süd qrupu) qarışdırmır. Həftənin dörd günü fitness salona gedir. Bundan əlavə gün ərzində 1 saat rəqs edir. O deyir ki, rəqsin sayəsində beli əvvəlkindən də incə olub.

Aktrisa Cessika Alba sadə zeytun yağı ilə bişirdiyi yeməkləri yeyir, əsla fast food və karbohidratlı qidalar qəbul etmir. Həzm sistemini hərəkətləndirmək üçün naharda meyvə və göyərti yeyir. Günortaya yalnız balıq və çiy tərəvəz yeyən Alba axşamlar qatıq və yağsız salatı seçir. Eyni zamanda həftənin beş günü idmanla məşğul olur.

Məşhur aktrisa Keyt Holms və model Heydi Klum demək olar ki, eyni pəhrizi saxlayırlar. Maddələr mübadiləsini sürətləndirmək üçün gün ərzində 3 dəfə qidalanırlar, axşam 7-dən sonra isə ümumiyyətlə heç nə yemirlər, yalnız su içirlər. Həftədə 3 dəfə səhər təmiz havada qaçırlar.

Yoqanın pərəstişkarı olan aktrisa Qvinet Peltro isə hər zaman gözəlliyini və düzgün formasını yoqaya borclu olduğunu deyir. Aktrisa ana olduqdan sonra yoqa və su sayəsində 20 kq. arıqladığını bildirib.

Aktrisa Ketrin Zeta-Cons da yalnız ağartı məhsulları, balıq və toyuq əti ilə qidalanır. Gün ərzində 3 litr su içir.
Hər zaman mükəmməl formada olan Uma Turman ana olduqdan sonra artıq çəkilərdən azad olmaq üçün pəhriz ərzaqlarına üstünlük verib. Bundan əlavə, aktrisanın dediyinə görə, film çəkilişləri üçün gecə-gündüz məşq edib və 12 kq. arıqlayıb.

Dostlarınla Paylaş

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024