Dovşan dodaq. Səbəblər və müalicə

Dovşan dodaq. Səbəblər və müalicə


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Dovşan dodaq. Səbəblər və müalicə

Dovşan dodaq. Səbəblər və müalicə
Dodaq formaları hamiləliyin dördüncü və yeddinci həftələri arasında əmələ gəlir.
Döl ana bətnində inkişaf etdikcə, bədən toxuması və başın hər tərəfindəki xüsusi hüceyrələr üzün mərkəzinə doğru böyüyür, birləşərək üz formalaşır. Toxumanın bu birləşməsi dodaqlar və ağız kimi üz xüsusiyyətlərini meydana gətirir. Dodaq yaradan toxuma doğuşdan əvvəl tamamilə birləşməsə, yarıq dodaq olur. Yuxarı dodaqda bir açılma ilə nəticələnir. Dodaqdakı açılış kiçik bir yarıq və ya dodaqdan buruna keçən böyük bir açıqlıq ola bilər. Yarıq dodaq dodağın birində və ya hər iki tərəfində və ya dodağın ortasında ola bilər ki, bu da çox nadir hallarda baş verir. Dovşan dodaq olan uşaqlarda, həmçinin damaq yarığı da ola bilər.
Dodaq və ya damaq yarığı olan uşaqlar qidalanma, dəqiq danışma problemi yaşayır, onlarda bununla yanaşı qulaq iltihabı da ola bilir.
Səbəblər və risk faktorları
Əksər körpələr arasında orofasiyal yarıqların səbəbləri məlum deyil. Bəzi uşaqlarda genlərindəki dəyişikliklər səbəbindən dodaq və ya damaq yarığı olur. Dodaq və damaq yarıqlarının gen və digər faktorların birləşməsindən, məsələn ananın yaşadığı mühitdə təmasda olduğu şeylərdən, ananın yediyi qidalardan, qəbul etdiyi içkilərdən və ya hamiləlikdə istifadə etdiyi bəzi dərmanlardan qaynaqlandığı düşünülür.
Aşağıdakı hallarda dovşan dodaq uşaqlar dünyaya gəlir:
- Siqaret çəkmək ― Hamiləlik dövründə siqaret çəkən qadınlarda siqaret çəkməyən qadınlara nisbətən orofakal yarıqlı körpə doğma ehtimalı daha çoxdur,
- Diabet ― Hamiləlikdən əvvəl diaqnoz qoyulmuş şəkərli diabetli qadınlarda,
- Bəzi dərmanların istifadəsi ― Hamiləliyin ilk üç aylığında (ilk 3 ayda) topiramat və ya valproik turşusu kimi epilepsiya müalicəsi üçün müəyyən dərmanlardan istifadə edən qadınlarda
Diaqnoz
Orofasiyal yarıqlar, xüsusən damaq və dodaq yarıqları hamiləlik dövründə gündəlik ultrasəs müayinəsi ilə müəyyən edilə bilər. Uşaq doğulduqdan sonra da diaqnoz edilə bilər. Bura xüsusən damaq yarığı aiddir. Bununla yanaşı, bəzi damaq yarıq növləri (məsələn, submucous damaq yarığı və bifid uvula) həyatın son illərinə qədər diaqnoz edilə bilməz.
İdarəetmə və müalicə
Dovşan dodaq olan uşaqlar üçün xidmətlər və müalicə, yarığın şiddətindən asılı olaraq dəyişə bilər. Uşağın yaşı və ehtiyacları, əlaqəli sindromların və ya digər doğuş qüsurlarının və ya hər ikisinin olması.
Dovşan dodaq cərrahiyyə əməliyyatı ümumiyyətlə ilk aylarında baş verir, ilk 18 ayınadək tövsiyə olunur. Cərrahi müdaxilə uşağın üzünün görünüşünü yaxşılaşdırmaqla yanaşı nəfəsalma, eşitmə, nitq və dil inkişafını da sürətləndirə bilər. Dovşan dodaq doğulan uşaqlar xüsusi diş, ortodontik baxım və ya danışma terapiyası kimi digər müalicə və xidmət növlərinə ehtiyac duya bilər.
Müalicə ilə orofakiyal yarıqları olan uşaqların çoxunda yaxşı nəticə əldə edilir və onlar sağlam həyat sürürlər. Dovşan dodaq olan bəzi uşaqlar özləri ilə digər uşaqlar arasındakı görünən fərqlərdən narahat olduqları təqdirdə, özlərinə hörmətetmə problemləri ilə qarşılaşa bilərlər. Valideyndən valideynə dəstək qrupları orofasiyal yarıqlar kimi baş və üz anadangəlmə qüsurları olan körpələrin ailələri üçün faydalı ola bilər. (azertag.az)

Dostlarınla Paylaş

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024