Dua taleyi dəyişə bilərmi?

Dua taleyi dəyişə bilərmi?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Dua taleyi dəyişə bilərmi?

Dua taleyi dəyişə bilərmi?
Alın yazısı, taleyin əvvəlcədən müyəyyən olunması kimi düşüncələr demək olar ki, hamını, xüsisi ilə möminləri düşündürür. Bu isə təbiidir, çünki taleyə inam İslam şəriətinin ən vacib məqamlarındandır və qədərin əvvəlcədən təyin olunmasına inanmaq imanın şərtlərindəndir.

Sevgili Peyğəmbərimiz Həzrəti Muhəmməd (s) buyurmuşdur: "Allah məxluqatın qədərini, göyləri və yeri yaratmasından əlli min il öncə yazmışdır". (Muslim)

Möminlər bir tərəfdən, hər bir insanın taleyinin əvvəlcədən yazılmasına və qaçılmaz olduğuna inanmalıdırlar. Digər tərəfdən də, baş verəcəkləri dəyişməyin mümkün olduğunu bilməlidirlər. Ortaya belə bir sual çıxır. Dua taleyi dəyişə bilərmi?

Bəli, dua taleyi, qədəri dəyişə bilər. Həzrəti Muhəmməd (s) buyurmuşdur: "Duadan başqa heç nə əvvəlcədən müəyyən olunmuşları dəyişə bilməz".

Allahın rəsulu həmçinin, buyurmuşdur: "Ehtiyat etməklə, qorunmaqla qismətdən qaçmaq olmaz, amma dua hələ baş verməmiş bəlalardan insanı qoruya bilər".
Duanın qədəri dəyişməsi ilə bağlı digər hədislər də var:

"Qədəri yalnız dua dəyişir". (Tirmizi, İbn Məcəh, 90; Əhməd, 5/277)

Sizdən kimə dua qapısı açılarsa, (çoxlu dua edərsə), onun üçün rəhmət qapıları da açılar (duasına cavab verilir). İstənilən şeylər arasında Allaha ən sevimli olanı Ondan afiyət istənilməsidir. Dua üz vermiş bəlanın dəf olmasına və üz verməmiş bəlanın isə baş verməməsinə səbəb olur. Ey Allahın qulları dua edin!" (Tirmizi, 3548).

Bu hədislər göstərir ki, möminin təmiz qəlblə Allaha dua, Allah onun qədərini dəyişə bilər. Bu ona görə baş verir ki, Allahın mərhəməti böyükdür və O, öz qulunu tərk etmir. Dua bizim gələcəyimizi də dəyişə bilər.

"Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!" (Ənam surəsi, 59-cu ayə)

Əgər dua bu dünyada cavabsız qalarsa, onun Allahdan dilədiyi yerinə yetməzsə, bilməlisiniz ki, edilmiş dua heç vaxt nəticəsiz qalmır. Möminin etdiyi dua onun əməl dəftərinə gördüyü yaxşı işlər kimi yazılır, o axirətdə mükafatını alır və yaxud da baş verməli olacaq bəlalardan qorunur.

Bu hədislərin şərh edərək alimlər demişlər ki, duanın özü də Allahın qədərindəndir. O, qulu üçün qəzavü-qədəri yazar ki, dua etməzsə qəzavü-qədər baş versin, lakin Ona dua edərsə, həmin qəzavü-qədər ondan dəf olsun. (Şovkani, "Tuhfətu-z-Zəkirin" kitabı, səh: 29-30)

İstənilən halda dua – möminin silahıdır:

Rəbbimiz buyurur: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Ğafir Surəsi, 60-cı ayə)

Sayda Həyat

Dostlarınla Paylaş

Saytda 30 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024