Dünya qadınlarının xanımı-Həzrəti Fatimə

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Dünya qadınlarının xanımı-Həzrəti Fatimə

Bu gün xanımlar xanımı Həzrəti Fatimənin mübarək mövlud günüdür.

Dünya qadınlarının xanımı-Həzrəti Fatimə
Həzrəti Fatimə Peyğəmbərin (s) və Həzrəti Xədicənin ən kiçik övladıdır. Bəzi mənbələrə görə o, m. 605-cü ildə Məkkədə dünyaya gəlmişdir. Fatimədən başqa Peyğəmbərin daha 3 qız övladı vardı. Anası Həzrəti Xədicə dünyadan köçəndə Fatimə 6 yaşında idi. Anasını itirən bu balaca qız atasının himayəsində qalır. O, Peyğəmbər kimi bir atanının yanında xəyanət və əziiyətlərlə dolu Məscidül-həramda addım-addım böyüyüb irəliləyən bir qız idi. O, cəhalət və bütpərəslik dövründə peyğəmbərlik kimi ağır bir vəzifəni daşıyan atanın yanında böyümüşdü. Hər kəsin Peyğəmbərdən (s) üz döndərdiyi bir vaxtda Həzrət Fatimə (s) öz məhəbbəti ilə atasının ürəyini sevinclə doldurub onun risalətinə inanan, ona qüvvət və ümid verən yeganə insan idi.

Həzrəti Fatimə artıq böyümüşdu və ona bir çox zadəgan ailələrdən elçilər gəlirdi. Ancaq nə Peyğəmbər, nə Fatimə (ə) onlara razılıq vermədi. Zəhra kimi bir xanımın ömür-gün yoldaşı onun kimi insanlıq dəyəri və kamilliyi ilə ona bərabər olan bir insan olmalı idi. Ona layiq hörməti və sevgini göstərib, onun dəyərini dərk edə bilməli idi. Evliliyin təməli üçün İslam dininin də əmr etdiyi budur.

Əli İbn Əli Talib (ə) də Həzrəti Zəhraya elçi gəlir. Peyğəmbər və qızı bu elçiliyə razılıq verirlər. Hicrətin ikinci ilində Əli ilə Fatimənin toy mərasimi keçirilir və İslam tarixində ən mehriban, ən ülvi və ən möhkəm ailənin təməli qoyulur. Bu iki gənc cahiliyyətdən uzaq idilər və hər ikisi də həyatlarının ilk illərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər.

Әli əleyhissalam və Fatimə (s) yeni həyatlarına Mədinədən səkkiz kilometr uzaqlıqda, Quba məscidinin yanında başlasalar da, qısa müddətdən sonra onlar yenidən Mədinəyə köçüb özlərinə Peyğəmbərin qonşuluğunda ev tikirlər. Peyğəmbər üçün də Әli və Fatiməni yanında görməmək, onlardan uzaq qalmaq çox çətin idi.
Әli öz evini palçıq, xurma ağacının yarpaq və budaqlarından tikdi.

Həzrət Әli əleyhissalam ilə Fatimənin həyatı bütün nəsillər üçün laiyqli bir məktəbdir. Bir-birlərinə qarşı olan rəftarları sanki tərbiyə və ədəbdən yoğrulmuşdu.
Bu evlilikdən Həsən (ə) və Hüseyn (ə) adlı iki oğul, Zeynəb və Ümmi-Gülsum adlı iki qız dünyaya gəldi. Onlar uşaqlarının tə᾽lim-tərbiyəsini də unutmur, onların sözlərinə qulaq asır, müxtəlif suallarına cavab verərək bu balaca uşaqlar ilə çox mehriban rəftar edirdilər. Heç vaxt onların üstünə qışqırmaz və ya narahtedici bir söz söyləməzdilər.

Fatimə (ə) İslam tarixində hədsiz imanlı, son dərəcə iffətli, səxavətli, elmli bir qadın kimi yad edilir. O, qısa ömrü ərzində dini və dünyəvi məsələlərdə Mədinə qadınları üçün əsl müəllimə rolunu oynamış, müraciət edən hər kəsə mənəvi və maddi yardım göstərmişdir.

Həzrət Mühəmməd Peyğəmbər (s) Fatiməni (ə) "dünya qadınlarının xanımı" adlandırmışdır.
Həzrəti Fatimə dörd behişt qadınlarından biridir. Həmin dörd qadın Məryəm, Asiya, Xədicə və Fatimədir. Həzrəti Fatimə Peyğəmbər nəslinin davamçısıdır.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Saytda 64 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021